04:48 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:47 22.01.2021

Co Bayden Ağ evdə


00:40 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:38 22.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Gigiyenik qaydalara əməl edilməsi mövsüm üçün xarakterik olan bütün infeksiyalardan qorunmaqda mühüm rol oynayır
ANA SƏHİFƏ / SƏHIYYƏ
00:28 03.12.2020


Müşahidələrdən və kütləvi-informasiya vasitələrindəki rəsmi məlumatlardan məlum olur ki, dekabrın ilk günlərindən COVID -19-a yoluxanların və bu pandemiyadan ölənlərin sayında ciddi artım var. Baxmayaraq ki, dövlətin qayğısı nəticəsində insanların bu gözəgörünməz düşməndən qorunması üçün dövlət səviyyəsində lazımı tədbirlər həyata keçirilir.

Ekspertlərin fikrincə, yay aylarındakı yoluxma sayındakı azalma ilə hazırkı artım arasında müəyyən obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəb payızın dəyişən havası, qışın soyuq, küləkli günləri ilə bağlıdır. Subyektiv səbəb isə insanların bu virusa qarşı qabaqlayıcı tədbirlərə və qoyulan qaydalara lazımınca riayət etməmələridir. Bu, pandemiyanın geniş yayıldığı ölkələrdə də belədir. Bu günün dörd min xəstəsini götürsək, onların hər birinin başqaları ilə təmasda olduğunu nəzərə alsaq, görərik ki, təmasda olanlarda da əlamətlər inkişaf edir. Həttə qeydiyyatdan keçməyənləri də nəzərə alsaq, bu rəqəmin hansı həddə çatdığını yəqin etmək çətin olmaz. Odur ki, yoluxma sayında artım durmadan davam edir. Heç kimə sirr deyil ki, hazırda müəyyən səbəblərdən xəstələrin bir qismi evdə müalicə olunur. Onların nə dərəcədə izolyasiya qaydalarına əməl etməsi çox vacibdir. Həmin şəxslər yaşadıqları yeri tərk edə bilməzlər. Yoluxanların ailə üzvləri bir neçə gündən sonra potensial koronavirus xəstəsi hesab olunurlar. Odur ki, ölkə rəhbərliyinin Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq respublikamızın bölgələrində, ən ucqar qəsəbə və kəndlərində belə bu epidemiyaya qarşı kompleks tədbirlər davam etdirilir. Koronavirusa (COVID-19) yoluxanların sayında müşahidə edilən sürətli artımı nəzərə alan Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və yerli strukturları ötən həftə səhər saatlarından etibarən paytaxtın əsas küçə, prospekt və magistral yollarında xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işlərinin aparılmasını davam etdirmişlər. Bu işlərə kommunal təsərrüfatı xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfərdən çox əməkdaşı cəlb edilmişdir. Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı departamentin əməkdaşları tabeliklərindəki yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, habelə məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq sakinlərə əvvəlcədən bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bundan başqa, kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində ötən həftə paytaxtın marşrut xətləri üzrə avtobuslarında da dezinfeksiya işləri həyata keçirilmişdir. Belə ki, ötən istirahət günlərində Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən 140-dan çox avtobus dezinfeksiya edilmişdir. BŞİH-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, avtobuslar insanların həm təmas, həm də hava-damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə dezinfeksiya edilib. Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi koronavirusun geniş yayılmasını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görülməsi məqsədilə ölkəmizdə ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılmasını zəruri hesab edib. Tapşırığa əsasən, Bakı Nəqliyyat Agentliyi kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi məqsədilə gündəlik sərnişin daşıyan avtobusların xarici və daxili hissələrinin təmiz olmasına, salonda dezinfeksiya işlərinin tez-tez həyata keçirilməsinə nəzarəti daha da gücləndirib.

Bakı şəhər Nərimanov rayonu 8 saylı Poliklinikanın sahə həkimi Svetlana Nəcəfova bildirir ki, hazırda soyuq fəsildəyik, mövsümi qriplərin baş qaldırdığı dövrdə əlavə ağırlaşmaların olmaması, koronavirusla bərabər, qripə yoluxmanın qarşısının vaxtında alınması üçün sanitariya-gigiyena qaydalarına, ictimai yerlərdə məsafəni qorumağa, maskadan istifadə edilməsinə və sair tövsiyələrə ciddi əməl edilməlidir.

65 yaşdan yuxarı olanlar risk qrupu adlandırılır. Bu qrupa xroniki xəstəliyi olanlar da aid edilir. Yoluxma riskinə məruz qalanlar isə ən çox insanlarla sıx təmasda olanlardır. Məsələn, həkimlər, müəllimlər, polislər, jurnalistlər, məişət-xidməti işçiləri, bir sözlə, gündəlik həyatda daha çox təması olanlar. Belə insanlar yaşadıqları ərazidə öz sahə poliklinikaları ilə sıx əlaqə saxlamalı, ehtiyac yarandıqda yubanmadan sahə həkiminə müraciət edərək vaxtında lazımi dəstək almalıdırlar.

Karantin qaydalarına riayət olunması ilə bağlı bir məsələyə də münasibət bildirmək istərdim. Unudulmamalıdır ki, maska qoruyucu vasitədir. Maskadan dəfələrlə istifadə etmək, onu çantada, cibdə gəzdirmək və yenidən istifadə etmək isə yoluxma riskini artırır. Belə ki, maskanın xarici səthinə əlimizi vururuq, əlimizi üzümüzə, hansısa səthə toxundururuq. Nəticədə həm özümüz yoluxa bilərik, həm də toxunduğumuz səthlərə kimsə əli ilə təmas etdikdə yoluxa bilər. Maskadan mütləq şəkildə düzgün istifadə etmək lazımdır. Maska istifadəsi ilə yanaşı, sanitariya-gigiyena qaydalarına əməl olunmalıdır. Asqırarkən, öskürərkən ağzımızı dirsək bükümü ilə örtməliyik və ya birdəfəlik salfetlərdən istifadə etməliyik ki, virusu yaymayaq. Bunlar hamısı qoruyucu tədbirlərdir. Qoyulan qaydalara və şəxsi gigiyenaya əməl etmək bir sıra infeksiyalardan qorunmaqda mühüm rol oynayır.

Respublika Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov mövzu ilə əlaqədar qəzetimizin sorğusuna cavab olaraq bildirib ki, hələ əvvəlki koronavirus infeksiyalarından sonra dayanıqlı immunitet yaranmadığı, ona görə də təkrar yoluxmanın mümkünlüyü deyilirdi. Bu, COVID-19-da özünü doğrultdu: "Bir neçə ay öncə Avropadan təkrar yoluxma hallarının olması ilə bağlı xəbərlər gəldi. Həmin xəbərlər getdikcə çoxalır. Təkrar xəstələnmə zamanı xəstəliyin özünü necə göstərməsinə dair sübut olunmuş məlumatlar yoxdur. Lakin bu zaman ən yüngül xəstəlik halından ən ağırına qədər müşahidə oluna bilər. Xəstəliyin hansı hallarda yüngül və ağır gedişə malik olacağı araşdırılmalıdır. Heç kim arxayınlaşmamalıdır ki, mən yoluxub sağalmışam, daha yoluxmayacam. Belə deyil, yenidən yoluxa bilərik. Hazırda təkrar yoluxmanı proqnozlaşdırmaq mümkün deyil. Çünki bu barədə kifayət qədər sübut və materiallar yoxdur”.

Professor onu da bildirib ki, insanların 70 faizinin, yəni üçdə ikisinin orqanizmində koronavirusa qarşı immunitet yaranacağı zaman virus aramızdan gedəcək. Hazırda bütün dünyada insanların az bir qismi yoluxub. Əhalinin bir qrupu xəstəliyi keçirib sağalaraq immunitet qazanacaq. 70 faizin digər hissəsi isə vaksinlə tənzimlənəcək. Azərbaycan dövlət səviyyəsində ən effektiv və təhlükəsiz vaksinlərin alınması üçün tədbirlər görür.

Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, ölkə əhalisinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökuməti insanların əsrin bəlası olan COVID-19-dan qorunması üçün bütün qabaqlayıcı tədbirləri görür. Bu günlərdə Nazirlər Kanbineti "Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib. Qərara əsasən, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.

Məmnunluq doğuran həm də odur ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə əvvəlcədən bütün lazımi qabaqlayıcı tibbi infrastruktur yaradılıb, respublikamızın potensial imkanları pandemiya ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən gəlməyə və vəziyyəti nəzarətdə saxlamağa tam qadirdir.

Rəhman SALMANLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM