03 Dekabr 2020 00:27
684
SİYASƏT
A- A+

Fövqəladə Hallar Nazirliyində ABŞ-ın “Samaritan's Purse” təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib


ABŞ-ın xristian-yevangelist beynəlxalq humanitar təşkilatlarından olan "Samaritan's Purse”nin Azərbaycanda səfərdə olan proqramlar və hökumətlə əlaqələr üzrə vitse-prezidenti Ken İsaaksın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın

2-də Fövqəladə Hallar Nazirliyində (FHN) olub. FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti ilə görüşən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə qonaqlara nazirliyin fəaliyyəti haqqında ətraflı məlumat verib. Nazir müavini həmçinin Azərbaycanın tarixi torpağı olan, erməni vandallarının işğal etdikləri Qarabağda və ona bitişik rayonlarda dini abidələrimizə qarşı törətdikləri vəhşiliklərdən danışıb, tarixi və mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə dağıtdıqlarını bildirib. Azərbaycanın hər zaman tolerant dövlət olduğunu xatırladan nazir müavini ölkəmizdə məscid, kilsə və sinaqoqlara xüsusi diqqət göstərildiyini vurğulayıb.

Son vaxtlar dünyada geniş yayılmış yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması istiqamətində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən mühüm işlərdən danışan nazir müavini Bakının Xətai rayonunda FHN-in Tibb Mərkəzinin koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının fəaliyyətindən ətraflı söz açıb. Faiq Tağızadə Azərbaycan Prezidentinin tapşırığına əsasən yaradılan bu hospitalın ən müasir standartlara cavab verdiyini, koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şəraitin yaradıldığını, müasir avadanlıqla təchiz edildiyini bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən "Samaritan's Purse”nin proqramlar və hökumətlə əlaqələr üzrə vitse-prezidenti Ken İsaaks Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib. Səfərin əsas məqsədinin münaqişədən zərər çəkmiş vətəndaşlara yardım etmək və COVID-19 ilə mübarizə sahəsində ölkəmizə dəstək göstərməkdən ibarət olduğunu vurğulayan qonaq bu istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video