04:56 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:47 22.01.2021

Co Bayden Ağ evdə


00:40 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:39 22.01.2021

BİLDİRİŞ


00:38 22.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərişıq” ASC Mobil tətbiqi dəstək edən kart oxuyucuların satın alınması məqsədilə açıq tender elan edir
ANA SƏHİFƏ / ELANLAR
00:25 03.12.2020


Tender 1 (bir) LOT üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satrnalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə va texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını yalnız "ASAN Ödəniş” vasitəsilə həyata keçirə bilərlər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra "Asan Ödəniş”lə "ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

LOT-1: Mobil tətbiqi dəstək edən kart oxuyucuların satın alınması

İştirak haqqı - 300 manat

"Azərişıq” ASC

Hesab: AZ83AIIB33020029441802068118

VÖEN: 9900069391

Benefisiarın Bankı: "Kapital Bank”ın Gənclik filialı

Kod: 200189

VÖEN: 9900003611

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

SWIFT Code: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs - Orxan İbrahimov, telefon: 440-39-93 daxili (28-15) [email protected]

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (Təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- malgöndərənin VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış, sahibkarlıq kateqoriyası haqqında məlumat (Təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (Təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- iddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd (Təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir. (İri sahibkarlıq subyektləri qanuna əsasən elektron Portal vasitəsilə keçirilən tenderdə iştirak edə bilməz));

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Təsdiqedici sənədin orijinalı skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- müvafiq mallar üzrə mənşə və uyğunl

uq sertifikatları;

- tender təklifi zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- iddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır);

- iddiaçının analoji işlərdə təcrübəsi haqqında məlumat (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır);

- iddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 29 dekabr 2020-ci il saat 16:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini 11 yanvar 2021-ci il saat 16:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 12 yanvar 2021-ci il saat 16:00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM