02 Dekabr 2020 22:41
542
SİYASƏT
A- A+

Anadolu agentliyi Azərbaycanın qazandığı zəfərin bölgədə yaratdığı yeni reallıqlardan yazır


Türkiyənin Anadolu agentliyi "Azərbaycanın zəfərinin bölgədə yaratdığı yeni reallıqlar” sərlövhəli analitik məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Ordusunun cəbhədə qazandığı qələbələrdən və Ermənistan ordusunun acınacaqlı məğlubiyyətdən, noyabrın 10-da imzalanan birgə Bəyanatdan bəhs edilir. Bildirilir ki, təcavüzkar Ermənistan 44 günlük müharibədən sonra götürdüyü öhdəlik əsasında qüvvələrini Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarmaq məcburiyyətində qalıb.

Məqalədə hazırda bölgədəki hərbi-siyasi vəziyyət barədə məlumat verilir və Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində səsləndirdiyi ifadələrdən sitatlar gətirilir. Oxuculara məlumat verilir ki, Bəyanata əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu da regionda səmərəli əməkdaşlıq üçün geniş imkanlar açır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video