02 Dekabr 2020 19:47
507
SİYASƏT
A- A+

Misir qəzetində “Xalqının tarixi liderinə çevrilən Prezident” sərlövhəli məqalə dərc edilib


Misirin "Əlməsr əl Youm” qəzetində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev haqqında "Xalqının tarixi liderinə çevrilən Prezident” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Xalid əs-Şəmi 44 günlük Vətən müharibəsində Müzəffər Ordunun qələbəsini təmin edən, böyük siyasi liderlik və hərbi sərkərdəlik məharəti nümayiş etdirən, xalqının və Azərbaycanın dostlarının rəğbətini daha da çox qazanan Prezident İlham Əliyevin atası, görkəmli siyasi xadim Heydər Əliyevin davamçısı kimi, Azərbaycan tarixində güclü lider olaraq qalacağını yazıb. "30 ilə yaxın Ermənistanın işğalı altında olan böyük ərazilər, tarixi şəhərlər, Şuşa kimi mədəniyyət incisi məhz İlham Əliyevin bu yüksək keyfiyyətləri nəticəsində azad edildi, bu torpaqlarda yenidən Azərbaycan bayrağı dalğalandı. Sentyabrın 27-dən başlayan və rəşadətli Ordunun tam qələbəsi ilə noyabrın 10-da başa çatan döyüşlər Ermənistanı təslim olmağa məcbur etdi”, - deyə müəllif vurğulayıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan xalqı dekabrın 1-də öz liderindən daha bir müjdə alıb. Otuz ilə yaxın düşmən tapdağı altında qalan və 1800 kvadratkilometr ərazisi, zəngin təbii sərvətləri olan Laçın rayonu da azad edilib. Sərkərdəlik fəaliyyətini diplomatik məharətlə birgə həyata keçirən Prezident İlham Əliyev özünün də vurğuladığı kimi, bir güllə belə atılmadan Ağdam, Kəlbəcər və Laçını işğaldan azad edib. Azərbaycan Prezidenti bildirib ki, bundan sonra həmin ərazilərdə bərpa və quruculuq işləri aparılacaq, insanlar uzun illər öncə tərk etdiyi doğma evlərinə qayıdacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video