19:05 17 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransalı jurnalist: Gəncə və Bərdə şəhərlərində gördüyümüz səhnələr dəhşətli idi
ANA SƏHİFƏ / SİYASƏT
13:47 29.11.2020

Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç bir hərbi obyektin olmadığı mülki zonaya atılmışdı. Gəncə şəhərinin mərkəzində yaşayış massivi də gecə vaxtı uzaqmənzilli "SCUD” raketi ilə hədəfə alınmışdı. Bütün bunlar müharibənin dəhşətli anlarından idi. Gördüyümüz səhnələr dəhşətli idi.

AZƏRTAC xəbər verir ki, bu barədə 44 günlük müharibə zamanı Azərbaycanda olmuş "Paris Match” jurnalının müxbiri Reji Lö Somye "Franceinfo” telekanalına müsahibəsində bildirib.

Fransız jurnalist bildirib ki, əslində, Dağlıq Qarabağda ermənilərin yaşadığı yer kiçik bir məkandır. Ancaq Azərbaycanda gördüyümüz müharibə dağıntıları daha dəhşətli idi. Cənub istiqamətində işğaldan azad edilən 4 rayonda Birinci Qarabağ müharibəsinin izləri hələ də qalmaqda idi. O vaxt bu rayonlarda erməni silahlı qüvvələri tərəfindən yüzlərlə ev dağıdılıb. Həmin rayonlarda uzun müddətdir – 1993-cü ildən bəri yaşayış yoxdur.

Jurnalist qeyd edib ki, bu müharibə dini xarakter daşımır. Bu, ərazi münaqişəsidir.

Çıxışı zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin raket atəşinə tutulmasına qayıdaraq bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyi rayonlarda qəbiristanlıqların dağıdılmasından, həmçinin Azərbaycanın dünyəvi dövlət olmasından da danışıb.

Müsahibəsində Reji Lö Somye Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM