15:39 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bir qan analizi xərçəngin 50 növünü müəyyənləşdirəcək
ANA SƏHİFƏ / SƏHIYYƏ
13:22 29.11.2020

Dünyada xərçəngin 50 müxtəlif növünü aşkar edə biləcək ilk unikal qan testi İngiltərənin dövlət klinikalarında 165 min pasiyent arasında sınaqdan keçiriləcək. "Galleri” adlı bu testi onkologiya sahəsində "Müqəddəs Qraalem” adlandırırlar. Onun köməyi ilə xərçəngin erkən mərhələlərində müxtəlif şişləri aşkarlamaq mümkün olacaq. Testlərin uğurlu alınacağı təqdirdə yaxın beş ildə təkcə İngiltərə və Uelsdə bir milyondan çox insan bu sınaqdan keçiriləcək.

AZƏRTAC "Medik Forum” saytına istinadla xəbər verir ki, növbəti 10 il ərzində bu üsul dünyanın müxtəlif ölkələrinin geniş yayılmış tibb praktikasına daxil ediləcək.

Qanda şişlərin buraxdığı Deoksiribonuklein Turşusunun (DNT) izlərini axtaran bu test Amerikanın "Grail” şirkəti tərəfindən hazırlanıb. Bu üsulla hər hansı bir simptom insanda özünü büruzə verməzdən xeyli əvvəl onları aşkarlamaq olar. Ekspertlərin fikrincə bu test hər il minlərlə insanın həyatını xilas etmək potensialına malikdir. Məlumdur ki, xərçəngin erkən diaqnozu uğurlu müalicənin əsasıdır.

Bu testin adətən erkən mərhələlərdə təyin olunmayan şişlərin aşkarlanması baxımından daha səmərəli olacağı gözlənilir. Söylənənlər mədəaltı vəzin bədxassəli yenitörəmələrinə, yumurtalıqlara, böyrəklərə, yemək borusuna, baş və boyuna, həmçinin qan xərçəngi növlərinə aiddir. Bu cür testlər dünya onkologiyasının gələcəyidir, buna görə çoxları ümidlə geniş sınaqların nəticələrini gözləyirlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM