15:20 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kəlbəcər uzunömürlülər diyarıdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:20 29.11.2020


Ötən əsrin səksəninci illərində Kəlbəcəri keçmiş SSRİ miqyasında tanıdan həm də uzunömürlülər diyarı olması idi. Loğman təbiəti, dərman suları, bitkiləri burada yaşayanlara sağlam can, gümrah bədən, uzun ömür bəxş etmişdi. 1986-cı ilin statistik məlumatlarına əsasən, rayonda 89 nəfər 100 və daha çox yaşı olanlar, 215 nəfər 90-99 yaşlılar qeydə alınmışdı. 319 cütlük 50 il və ondan artıq birgə ömür sürmüşdü, 100 il birgə həyat sürən isə Yanşaq kənd sakinləri İlyas Cəfərov və Xatın nənə idi. İlyas 125, Xatın nənə isə 121 il ömür sürmüş müdriklərimiz kimi kəlbəcərlilərin tarixində yaddaqalan iz qoymuşlar.

Başlıbeldən Yəhya kişi 117, Almalıqdan Güləndam nənə 147, Qamışlıdan Rüstəm kişi 106 il ömür sürmüş və bir dəfə də olsun iynə-dərman qəbul etməmişlər.

Hələ ötən əsrin 80-ci illərinin əvvəllərindən Kəlbəcər uzunömürlülərin sayına görə SSRİ məkanında birinci yeri tuturdu.

1983-cü ildə Litva yazıçısı və publisisti Eduard Qirtçis on gün Kəlbəcərdə qalaraq Güləndam nənə, İlyas baba və Rüstəm kişi ilə, habelə Başlıbeldə yaşayan, yaşı 100-ü keçmiş 6 nəfərlə görüşərək toylarda iştirak etmiş, Kəlbəcər haqqında kitab yazmışdır. 1985-ci ildə "Sovetskaya jenşina” jurnalının əməkdaşları Kəlbəcərdə olmuş, İlyas baba, Xatın nənə, Rüstəm kişi və Güləndam nənə haqqında çox geniş materiallar hazırlamışdılar. Bundan başqa, həmin illərdə Kəlbəcər haqqında "Toy bir dəfə olur” və "Kəlbəcər yolları” adlı qısametrajlı filmlər çəkilmişdi. SSRİ-nin müxtəlif televiziya kanallarında, o cümlədən "Vremya” informasiya proqramında 100 il birgə ömür sürmüş İlyas və Xatın Cəfərovlar haqqında geniş süjetlər göstərilmişdi.

Əvəzolunmaz təbiəti, sərvəti: qızılı, civəsi, uranı, 3 milyard kubmetrlik mərmər yataqları, 280 min hektar meşəsi, 3000-dən çox dişgöynədən, keyvir bulağı, 300-dən artıq narzan mənbəyi, habelə Ermənistanla, daim türk qanına susayan daşnaklarla Azərbaycan arasında qala qapısı olması Kəlbəcəri hələ sovetlər birliyi dönəmində də diqqət mərkəzində saxlamış, onun inkişafı üçün müəyyən tədbirlər görülmüşdür. Bu danılmaz həqiqətdir ki, bizi istəməyənlər Kəlbəcəri yaylaq gözündə görmüş, əhalinin burada yaşamasını da lüzumsuz saymış, bəzən də guya çətin şəraitdə yaşayan əhalinin halına yanırmış kimi köçürülməsini məsləhət bilmişdir. Bu zənginliyi ələ keçirmək üçün məkrli niyyətlər var idi. Yaxşı ki, ağıllı insanlar, ağsaqqallar, xüsusən də Ümummili Lider Heydər Əliyev bu "düşünülmüş” addımların reallaşmasına o zamanlar imkan verməmişlər.

İnkar etmək mümkün deyil ki, Kəlbəcərin inkişafına dair qərar yetmişinci illərin sonlarında qəbul olunmuşdur.

Dağlıq Qarabağla Ermənistan arasında yerləşməsi, təbii qala kimi sədd çəkməsinə baxmayaraq, onun strateji əhəmiyyətinə fikir verilmədiyindən 1988-ci ildə ermənilər torpaq iddiasına başlayandan Kəlbəcərin Ağdərə rayonu ərazisindən yolları bağlanmış və əhali, eləcə də ictimai təsərrüfatlar mühasirədə qalmışdı. Bunun üçün müxtəlif istiqamətlərdə yollar araşdırılır, mühasirənin yarılmasına çalışırdılar. Təbii ki, bütün bunların təşəbbüsü rayon rəhbərliyi tərəfindən irəli sürülürdü. Qəti qərara alınmışdı ki, Laçın və Gəncə istiqamətində müvəqqəti olsa da, avtomobil yolları çəkilməlidir. Ona görə də 1988-ci il aprel ayının 24-də iki istiqamətdə - Laçın və Gəncə tərəfdən yolların çəkilişinə başlandı.

1988-ci ilin iyun-iyul aylarında Kəlbəcər-Laçın istiqamətində çəkilən yol Laçının Qorçu kəndində birləşdi.

1988-ci il sentyabr ayının 18-də artıq əsrlərə, minilliklərə baş əyməyən Murovdağ ram edilmişdi: Kəlbəcər-Gəncə yolu tamamlanmışdı. Yolun açılışı əsl toy-bayrama (Kəlbəcərin mühasirə illərində belə bir əhvali-ruhiyyə olmasa da) çevrilmişdi. Xanlar (indiki Göygöl) rayonunun Toğana kəndindən bir neçə kilometr aralıdakı Turşsu bulağının üstündə təntənəli açılış mərasimi keçirilmişdi.

Azərbaycanda və Ermənistanda baş verənlər Kəlbəcərdə sosial-psixoloji durumu dözülməz həddə çatdırmaqdaydı. O zamanlar rayon rəhbərliyinin qarşısında, sözün həqiqi mənasında, həlli çətin olan problemlər dururdu.

Ermənistan ərazisindən, xüsusən də Göyçə mahalından azərbaycanlıların qovulması Kəlbəcər üçün əlavə problemlər yaradırdı. Neçə ki azərbaycanlılar orada idilər, ermənilərin Kəlbəcərə qəfil və amansız hücumlarının qarşısı alınırdı. Çünki Kəlbəcərin Ermənistanla sərhəd yaxınlığındakı Basarkeçər rayonunun, demək olar ki, bütün kəndləri azərbaycanlıların idi. Onların oradan çıxarılması, tarixi torpaqlarından qovulması 136 kilometrlik sərhəd zonasında müdafiə tədbirləri görmək zərurətini kəskin şəkildə ortaya çıxarmışdı.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM