08:52 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Qarabağ” klubu 27 ildən sonra Ağdamda simvolik futbol oynayıb
ANA SƏHİFƏ / İDMAN
23:59 28.11.2020

Ağdamın "Qarabağ” futbol klubu 27 ildən sonra doğma meydanda simvolik futbol matçı oynayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edən klubun rəhbərliyi və futbolçular əvvəlcə cümə məscidində olub, Şəhidlər Xiyabanına gedərək Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət ediblər. Sonra "İmarət” stadionunda "Qarabağ”ın futbolçuları veteran futbolçularla birgə simvolik futbol matçı keçiriblər.

"Qarabağ” klubunun prezidenti Tahir Gözəl müxbirimizə müsahibəsində deyib: "Bu gün keçirdiyimiz hissi sözlə ifadə etmək mümkün deyil. Gözümüz aydın. Müzəffər Ali Baş Komandan İlham Əliyevə nə qədər təşəkkür etsək azdır. Şəhid ailələri qarşısında baş əyirik. "Qarabağ” futbol klubunda ağdamlılar çoxdur. Onlar 8-10 yaşlarında Ağdamdan köçkün düşüblər. Biz indi səbirsizliklə oyunlarımızı "İmarət” stadionunda keçirməyi gözləyirik”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM