27 Noyabr 2020 14:04
611
SİYASƏT
A- A+

“France-24” kanalı Füzulidən reportaj hazırlayıb


"France-24” kanalı Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonundan reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, kanalın Füzuliyə ezam olunmuş müxbiri ətrafda boş, kədərli, müharibə dağıntıları ilə dolu mənzərənin göründüyünü deyir. O bildirir ki, ətrafda minalar, tərk edilmiş kazarma, yol boyunca erməni tankları var. Hər tərəfdə döyüş izləri, döyüş texnikası görünür. Onlardan bəziləri təzə, bəziləri isə əvvəlki döyüşlərdən qalanlardır.

Bildirilir ki, erməni silahlı qüvvələri Füzuli rayonunu işğal etməmişdən əvvəl burada 200 minə yaxın azərbaycanlı yaşayıb.

Reportajda Füzuli azad olunandan sonra doğma yurdlarına gedən rayon sakinlərinin fikirlərinə də yer verilib.

Füzuli sakini Hafiz Tahirov rayona gəldiyini və dağıntılarla rastlaşdığını, ermənilərin hər tərəfi minaladığını bildirir.

Rayonun digər sakini Ramilə Məmmədova deyir: "Bura mənim atamın evi olub. İndi heç nə yoxdur. Erməni vandallarının bizə qarşı bu vəhşiliyini heç vaxt unuda bilmərik. Gənc nəslə nə isə deməyə ehtiyac yoxdur. Onlar hər şeyi özləri görür. Bunları unutmaq olmaz”.

Reportajda qeyd edilir ki, 1988-1994-cü illər müharibəsi nəticəsində Füzuli rayonunun mərkəzi ruhlar şəhərinə çevrilib. Ona görə də indi Füzulinin bərpası üçün vaxt lazımdır.

Reportajda o da vurğulanır ki, Azərbaycanın müharibədə qələbəsi bu torpaqları azad etməyə imkan verdi, ancaq insanlar buralara gələrkən doğma yurdlarının dağıntıları ilə üzləşirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video