16:10 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Özünüməşğulluq proqramı indi də Kəlbəcərdə
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:09 27.11.2020


30 ilə yaxındır davam edən Kəlbəcər həsrəti də bitdi - ölkəmizin bir parçası olan Kəlbəcər rayonu da erməni işğalından azad olundu.

Hər birimizin qəlbində Kəlbəcər sevinci hökm sürür, Kəlbəcər sakinlərinin bu sevinci, fərəhi isə sonsuzdur. Kəlbəcərdən olan özünüməşğulluq proqramı iştirakçıları nəinki onların, gələcək nəsillərin də bu şanlı zəfəri, doğma yurd yerlərimizin azad edildiyi bu günləri heç zaman unutmayacaqlarını, daim qürurla xatırlayacaqlarını vurğulayırlar. Öz rayonlarına qayıtmağa hazırlaşan həmin vətəndaşlar artıq məcburi köçkün olmadıqlarını fərəhlə qeyd edirlər. Dövlətin daha bir qayğısı kimi özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları ailə bizneslərini də Kəlbəcərə aparacaqlarını bildirirlər.

Təbiətin minbir gözəllik bəxş etdiyi, torpağı barlı-bərəkətli Kəlbəcərdə öz ailə təsərrüfat və müəssisələrini uğurla inkişaf etdirəcəklərini əminliklə söyləyirlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM