19:50 17 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağdam iqtisadiyyatı: reallıqlar, perspektivlər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 27.11.2020


Ağdam rayonu Qarabağın mərkəzində - eyniadlı dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Yuxarı Qarabağ regionuna daxil olan Ağdam rayonu 1930-cu il avqustun 8-də yaranıb. Rayonda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı), 123 kənd var. Dövlət Statistika Komitəsinin 1 yanvar 2020-ci il tarixə olan məlumatına görə, Ağdamın əhalisi 204 min, rayonun işğal olunmayan kəndlərində yaşayan əhalinin sayı isə 46,6 min nəfərdir.

Ağdam işğaldan əvvəl ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayon olmuşdur. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Bitkiçilik məhsulları üzrə tərəvəz, dənli və dənli paxlalılar, o cümlədən buğda, eləcə də şəkər çuğunduru, pambıq, üzüm, meyvə və giləmeyvə, dən üçün günəbaxan, kartof və bostan, heyvandarlıq məhsulları üzrə isə ət, süd, yumurta və yun istehsalı geniş vüsət almışdır.

Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları və s. istehsal olunurdu. Rayonda traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları emalı ilə bağlı müəssisələr var idi. Həmçinin 39 tikinti təşkilatı, 29 kənd təsərrüfatı və 27 sənaye müəssisəsi, 13 kolxoz və 12 sovxoz, eləcə də onlara xidmət edən 4 təşkilat olmuşdur. Ağdam Dəzgahqayırma Zavodunda 950 nəfər çalışmışdır. Zavodun məhsulları keçmiş SSRİ-nin 125 şəhərinə göndərilirdi. Rayonda 2 dəmir yolu vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi müəssisəsi mövcud idi. Rayondakı taxıl məhsulları kombinatı ildə 80 min ton məhsul istehsal edirdi.

Ağdam əhalisinin milli tərkibi 2009-cu il siyahıyalınmasına əsasən, 99,9 faizi azərbaycanlı, digər 0,1 faizi isə rus, ləzgi, tatar, türk və başqa millətlərdən ibarət olmuşdur. Təhsil müəssisələrində oxuyanların sayı 36.600 nəfər olmaqla, əhalinin 18,1 faizini əhatə etmişdir. Ali məktəblərdəki tələbələrin sayı isə 2431 nəfər olmuşdur ki, bu da ümumilikdə təhsil alanların 6,6 faizi idi.

Digər sosial-iqtisadi göstəricilərə gəldikdə isə, rayon üzrə 2018-ci ildə istehsal edilən sənaye məhsullarının dəyəri müvafiq ilin qüvvədə olan faktiki qiymətləri ilə 12,6 milyon manat olmuşdur. Həmin dövr pərakəndə ticarət dövriyyəsinin dəyəri isə 43,3 milyon manata çatmışdır.

Ağdamın 27 il işğalda qalmış ərazisinin azad edilməsi rayon iqtisadiyyatının bərpa işlərindən sonra inkişafını sürətləndirəcəyi şübhəsizdir. Çünki rayon ərazisi bitkiçilik və heyvandarlıq üzrə fermer təsərrüfatlarının və aqroparkların yaradılması, sənaye məhəlləsinin formalaşdırılması, müalicəvi və idman turizminin inkişafı istiqamətində geniş perspektivlər vəd edir. Ağdam rayonu ticarət mərkəzinin formalaşması üçün də unikal perspektivə malikdir. Topdan və pərakəndə ticarət məntəqələrinin fəaliyyətə başlaması ilə rayon əhalisinin geniş məşğulluğunu təmin etmək mümkündür. Habelə rayon tikinti materiallarının istehsalında keçmiş təcrübəyə malikdir. Şahbulaq yüksəkliyində yerləşən daş karxanasının işinin bərpa edilməsilə sözügedən sektorda canlanmanı bərpa etmək olar.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM