15:44 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan İlahiyyat İnstitutunda akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı işə başlayıb
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:07 27.11.2020


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə şərqşünas alim, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı işə başlayıb. "Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda konfrans "Zoom” proqramı üzərindən keçirilir.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransda Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Vasim Məmmədəliyevin dünya və Azərbaycan elminə bəxş etdiyi töhfələr və yüksək xidmətləri barədə ətraflı söz açıb. Onun tərcümə etdiyi "Qurani-Kərim”in Azərbaycan dilində mükəmməl tərcümə olduğunu xüsusi vurğulayıb. Rektor mərhum akademikin həyatı və elmi fəaliyyəti barədə geniş məlumat verib. Aİİ-nin yaranmasında onun mühüm xidmətləri olduğu və Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin rolunu xüsusi vurğulayıb.

Onlayn tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə V.Məmmədəliyevlə bağlı xatirələrini danışıb. Vasim Məmmədəliyevlə birlikdə çalışmalarının İslam dininə yeni ruh verdiyini xüsusi vurğulayan Şeyxülislam Aİİ-yə konfransın təşkil edilməsinə görə təşəkkür edib. Pandemiya dövründən sonra akademik Vasim Məmmədəliyevə həsr olunacaq beynəlxalq və yerli konfransların təşkil olunacağını xüsusi qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, özündən sonra böyük irs qoymuş Vasim Məmmədəliyevlə hər ünsiyyətdən sonra onun necə dərin fəhm və zəkaya sahibliyinin şahidi olub. Komitə sədri vurğulayıb ki, akademiklə birlikdə iştirak etdikləri dövlət tədbirləri, konfranslar və başqa tədbirlərdə onun vətənpərvər və azərbaycançılıq ideologiyasının təbliğatçısı olduğu aydın görünürdü. Mübariz Qurbanlı konfrans təşkilatçılarına təşəkkürünü bildirərək Aİİ-nin Vasim Məmmədəliyevin irsini layiqincə davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov çıxışında V.Məmmədəliyevin mükəmməl ərəb dili mütəxəssisi olduğunu vurğulayıb. O qeyd edib ki, akademik şəriəti bütün təfsilatı ilə izah edə bilirdi. Bunun illərlə akademikin aparıcısı olduğu "Haqqın dərgahı” verilişində də əyani surətdə göründüyünü xüsusilə qeyd edən deputat "Qurani-Kərim”in tərcüməsinin elm aləmi üçün xüsusi önəmi olduğunu vurğulayıb. İlahiyyat İnstitutunun pedaqoji heyətinin məhz onun tələbələri olmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Şahin Pənahov akademikin universitetdə tələbə olduğu vaxtdan vəfatınadək keçdiyi dövrlər barədə ətraflı danışıb. Prorektor Vasim Məmmədəliyevin islam dininin təbliği sahəsində gördüyü işləri yüksək qiymətləndirərək BDU-nun tarixində onun şərqşünas, ilahiyyatçı, elm xadimi kimi əbədi yaşayacağını vurğulayıb.

Xalq artisti, professor Vamiq Məmmədəliyev qardaşı Vasimin bir alim kimi formalaşmasında ailəsinin - ata və anasının xüsusi rolu olduğunu vurğulayıb. Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyevanın Vasim Məmmədəliyev irsinə verdiyi dəyəri xüsusi qiymətləndirib.

V.Məmmədəliyevin qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyası Musiqi nəzəriyyəsi kafedrasının dosenti Turan Məmmədəliyeva tədbirə həm ailə üzvü, həm də iştirakçı kimi qatılmasından məmnunluğunu ifadə edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov akademikin tələbəsi kimi danışmaqdan fəxarət hissi keçirdiyini qeyd edib. Vasim Məmmədəliyevlə bağlı tələbəlik illərinin xatirələrini bölüşərək onun bütün təhsilalanlara ata qayğısı ilə yanaşdığını xüsusi vurğulayıb.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Paşa Kərimov Vasim Məmmədəliyevlə tanışlığı, onun alim və pedaqoq kimi fəaliyyəti barədə danışıb.

Azərbaycan İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov akademik haqqında həm elmi rəhbəri, həm dekanı, həm də müəllimi kimi xatirələrini bölüşüb.

BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Elxan Əzizov Vasim Məmmədəliyevlə birlikdə illərlə olan dostluq və əməkdaşlığından söz açıb.

Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova çıxışında hörmət və ehtiramla anılan akademikin həm müəllimlərə, həm də tələbələrə münasibətində səbir və tolerantlıq nümunəsi göstərdiyini qeyd edib.

Konfrans mövzu ətrafında məruzələrlə davam etdirilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM