16:20 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bayden əsas vəzifələrə namizədləri elan etdi
ANA SƏHİFƏ / DÜNYA
01:06 27.11.2020


Tramp hakimiyyəti təhvil vermək qərarına gəlib


ABŞ-ın seçilmiş 46-cı Prezidenti Co Bayden öz administrasiyasında əsas vəzifələrə namizədlərin siyahısını təqdim edib. Son 20 ili Baydenlə birgə işləmiş 58 yaşlı Entoni Blinken Dövlət Departamentinin rəhbəri olacaq. 2015-ci ildən 2017-ci ilədək o, Barak Obama administrasiyasında dövlət katibinin müavini vəzifəsində çalışıb.

Bayden özünün milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsinə Ceyk Sallivanın təyin olunmasını təklif edib. O, 2013-cü ildə Bayden vitse-prezident olanda onun beynəlxalq məsələlər üzrə baş məsləhətçisi, habelə Hillari Klintonun köməkçilərindən biri olub. 2015-ci ildə Sallivan İranla nüvə razılaşmasının hazırlanmasında mühüm rol oynayıb.

Daxili Təhlükəsizlik Nazirliyinə Alexandro Mayorkas rəhbərlik edəcək. O, bu vəzifədə ilk latın amerikalı olacaq.1959-cu ildə Kubada yəhudi ailəsində dünyaya gəlmiş Mayorkas Obama administrasiyası dövründə İmmiqrasiya Xidmətinin direktoru və Milli Təhlükəsizlik nazirinin müavini vəzifələrində çalışmışdır.

Milli Təhlükəsizlik müşavirinin müavini Avril Heyns isə Milli Kəşfiyyata rəhbərlik edəcək və o, bu vəzifədə ilk qadın olacaq.

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri də vəzifəsiz qalmayacaq. O, iqlim məsələləri üzrə prezidentin xüsusi elçisi kimi fəaliyyət göstərəcək. CNN telekanalı qeyd edir ki, Kerri Paris İqlim sazişinin tərəfdarıdır (2017-ci ildə Tramp sazişdən çıxıb-red). ABŞ-ın BMT-dəki səfiri isə Obamanın dövründə Afrika məsələləri üzrə Dövlət katibinin köməkçisi vəzifəsində çalışmış Linda Tomas-Qrinfeld olacaq.

Co Bayden öz administrasiyasında əsas vəzifələrə namizədləri ictimaiyyətə təqdim edərkən bildirib ki, Amerika dünya liderinə çevrilməyə hazırdır.

Bu arada Donald Tramp təslim olub və hakimiyyəti Baydenə təhvil vermək qərarına gəlib. O, administrasiyanın Ümumi Xidmətlər İdarəsinin (GSA) rəhbəri Emiliya Mörfiyə ölkədə hakimiyyəti Co Baydenə ötürmək prosesinə başlamağı tövsiyə edib. Tramp, "sarsılmaz sədaqətinə görə” Mörfiyə təşəkkür edərək onun təqiblərə, təhdidlərə və qəddar rəftara məruz qaldığını bildirib. "Mən onunla, ailəsilə və ya GSA işçiləri ilə bağlı belə hadisələrin baş verməsini istəmirəm”, deyə o, Twitterdə də yazıb.

Bundan bir gün əvvəl "The Vaşinqton Post” qəzeti xəbər vermişdi ki, respublikaçılardan olan nüfuzlu ekspertlər Konqresdəki partiyadaşlarından Donald Trampı noyabrın 3-də keçirilmiş prezident seçkilərində məğlubiyyətini etiraf etməyə və işlərin ötürülməsi prosesinə başlamağa razı salmağı xahiş ediblər. Qəzet milli təhlükəsizlik məsələləri ilə məşğul olan 100-dən artıq mütəxəssisin müvafiq məktubundan çıxarışlar vermişdir.

"Prezident Trampın hakimiyyətin ötürülməsi prosesinə icazə verməkdən imtina etməsi ABŞ-ın qlobal müxaliflər, terror qruplaşmaları və digər qüvvələr, eləcə də pandemiya və ciddi təhdidlərlə üzləşdiyi bir vaxtda milli təhlükəsizliyimiz üçün əhəmiyyətli risklər yaradır”, - deyə ekspertlər vurğulayıblar. Onların sırasında Pensilvaniya ştatının eks-qubernatoru, sabiq Daxili Təhlükəsizlik naziri Tom Ric və Milli Kəşfiyyatın keçmiş direktoru Con Neqroponte var.

Bütün bunlara baxmayaraq, ABŞ Prezidenti komandasının seçkilərin nəticələri uğrunda mübarizəni məhkəmələrdə davam etdirəcəyini də bəyan edib. Bundan bir gün əvvəl Donald Tramp bildirib ki, o, səsvermənin nəticələrini dəyişdirmək üçün kifayət qədər seçki saxtakarlığının sübutuna malikdir. "Mənim silahdaşlarım yüz minlərlə saxta səs tapan zaman niyə Co Bayden kabinetini belə tez formalaşdırır?” - deyə o, sual verir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Co Bayden seçkiçilərin 306, hazırkı Prezident Donald Tramp isə 232 səsini qazanıblar.

Rizvan HİLALOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM