15:01 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyinin “DOST İş Mərkəzi” MMC 2020-ci il üçün kotirovka sorğusu elan edir
ANA SƏHİFƏ / ELANLAR
01:01 27.11.2020


Aşağıda göstərilən xidmətlər üzrə qiymətlərin elan olunması:

- Dirəkli məkan bayraqlarının satın alınması üzrə.

Kotirovka sorğusunda iştirak etmək üçün tələb olunan sənədlər 03 dekabr 2020-ci il saat 13:00-dək qəbul olunur.

Tələb olunan sənədlər:

- nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);

- kommersiya hüquqi şəxsinin rekvizitləri (möhürlənmiş və imzalanmış şəkildə);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında məlumat (malgöndərən təşkilatın uçotda olduğu vergi orqanından);

- vergi uçotu haqqında arayış (ƏDV ödəyicisi olmayan təşkilatlar üçün);

- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (malgöndərən təşkilatın kommersiya qurumunun dövlət reyestrindən çıxarışlarının və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti);

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin olması barədə məlumat (malgöndərən təşkilat tərəfindən hazırlanır);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (malgöndərən təşkilatın uçotda olduğu vergi orqanından);

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (malgöndərən təşkilatın uçotda olduğu vergi orqanından).

Ünvan: AZ1005 Bakı şəhəri. Səbail rayonu, H.Z.Tağıyev küç., ev 13, Əlaqələndirici şəxs: Nəsimi Kərimzadə.Telefon: (+99451) 207-59-12, (+99412) 497-41-70.

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM