19:37 17 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Natali Qule: Senatın qəbul etdiyi qətnamənin heç bir əhəmiyyəti yoxdur
ANA SƏHİFƏ / SİYASƏT
15:02 26.11.2020

Mən bu qətnamə təklifini qəbul etmirəm. Bu təklif tarixi, siyasi və diplomatik baxımdan aydın deyil. Düşünürəm ki, bu, yalnız erməni lobbisinin məmnunluğu üçündür və heç bir əhəmiyyəti yoxdur.

Bu fikriləri AZƏRTAC-a açıqlamasında Fransa Senatının üzvü Natali Qule deyib.

Natali Qule bildirib ki, Fransa Minsk qrupunun həmsədri kimi neytral olmalıdır, lakin Ermənistanın tərəfini tutur. Bu, yolverilməzdir. Əsas təəccüb doğuran məqamlardan biri də Azərbaycana aid olan qətnamədə Türkiyəyə qarşı da hücumların olmasıdır.

Senatın üzvü qeyd edib ki, bu ədalətsiz qətnamənin heç bir nəticəsi olmayacaq. Fransa mövcud olmayan bir "respublika”nı tanımayacaq. Heç Ermənistanın özü bu qondarma "respublika”nı tanımayıb.

Natali Qule bildirib ki, qətnamənin qəbul olunmasının digər səbəblərindən biri də bəzi senatorların çoxsaylı erməni elektoratının olmasıdır. Qətnamənin lehinə səs verən senatorların çoxu Qarabağı xəritədə göstərə bilməzlər, çünki onlar heç bilmirlər o haradadır. BMT-nin qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməsi tələb olunurdu, lakin heç kim tərpənmirdi. Otuz il davam edən münaqişəyə etinasız olan, onunla maraqlanmayan siyasətçilər Rusiyanın iştirakı ilə atəşkəsə nail olunandan sonra sanki "qəflət yuxusundan ayıldılar”.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM