26 Noyabr 2020 15:02
545
SİYASƏT
A- A+

Əli Əhmədov: Vasitəçiyə inam yoxdursa, demək o, artıq vasitəçi ola bilməz


Qondarma Dağlıq Qarabağın tanınmasının tövsiyə edilməsinə dair Fransa Senatının qəbul etdiyi qətnamə, mübahisəsiz olaraq dünya miqyasında ən qeyri-obyektiv, zərərli və prinsipsiz sənəd hesab edilə bilər. Sözügedən qətnamənin timsalında beynəlxalq ictimaiyyət vasitəçinin öz vəzifə borcuna məsuliyyətsiz və qeyri-səmimi yanaşmasının şahidi olub. BMT Təhlükəsizlik Şurasının verdiyi mandata uyğun olaraq Azərbaycan-Ermənistan münaqişəsinin nizama salınmasında vasitəçilik missiyasını öz üzərinə götürən dövlətlərdən biri kimi Fransadan tələb olunan ən mühüm şərt obyektivlik, tərəfsizlik və qərəzsizlikdir. Bütün siyasi nüanslara, simpatiya və antipatiya hallarına rəğmən, vasitəçi münaqişə tərəflərinin hər birinə qərəzsiz münasibət göstərməyi bacarmaq zorundadır. Fransa dövlətinin vaxtilə Prezident Fransua Mitteranın timsalında münaqişənin nizama salınmasında Minsk qrupunun həmsədrlərindən biri kimi tam qərəzsiz mövqe nümayiş etdirəcəyi ilə əlaqədar verdiyi vədlər unudulmayıb. Əslində, vasitəçilik missiyasına razılıq verən dövlətin qərəzsiz mövqedə durması siyasi əxlaq və beynəlxalq hüquqa hörmət məsələsidir. Bu mənada ayrıca vəd verməyə bəlkə də ehtiyac yoxdur. Münaqişə tərəflərinə münasibətdə qərəzsiz davranış sərgiləmək istəməyən və ya bacarmayan dövlət, sadəcə olaraq, vasitəçilik missiyasından imtina edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun Fransa Senatının məlum qərarı ilə bağlı məqaləsində yer alıb.

Əli Əhmədov bildirib ki, Fransa Senatının noyabr ayının 25-də qondarma Dağlıq Qarabağın tanınması haqqında məsuliyyətsiz qətnaməsi bu ölkənin öz üzərinə götürdüyü öhdəliklərə onun qanunverici hakimiyyət orqanı nümayəndələrinin məhəl qoymaq fikrində olmadığını göstərir. Ədalət və bərabərlik kimi dəyərlər üzərində qurulan Fransa Respublikasında bir sıra siyasi xadimlərin, ələlxüsus Senatın üzvlərinin böyük bir hissəsinin ədalət anlayışı ilə bir araya sığmayan hərəkətlərinə təəssüflənməyə bilmirsən.

"Fransa dünyanın ən mühüm beynəlxalq qurumu olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Daşıdığı beynəlxalq status Fransadan istənilən mübahisələrdə ədalətli mövqe nümayiş etdirmək məsuliyyəti tələb edir. Öz məsuliyyətini dərk etməyən dövlətin beynəlxalq münasibətlərlə əlaqədar taleyüklü qərar qəbul etmək, hakim rolunu oynamaq səlahiyyəti ciddi suallar doğurur. Fransa Senatının üzvləri erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransa Respublikasının səs verdiyini bilməmiş deyillər. Onlar Fransa Senatının Dağlıq Qarabağ problemi ilə əlaqədar mövqeyinin BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş qətnamələrdə əks olunan beynəlxalq hüquq və prinsiplərinə zidd olduğunu da yaxşı anlayırlar. Görünür, bu qərarı qəbul edən siyasi xadimlər üçün eyni məsələ ilə bir-birinə daban-dabana zidd olan mövqe nümayiş etdirmək, beynəlxalq hüquqa hörmətsizlik göstərmək hər hansı narahatçılıq yaratmır. Əlbəttə, bu, onların seçimidir. Lakin ədalətli olmayan, bəyənilməyən, ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi adına və mövqeyinə yaraşmayan seçimdir.

ATƏT-in Minsk qrupunun öz fəaliyyətini nə vaxt və necə canlandıracağı hələ dumanlı görünür. Lakin Fransa Senatının qəbul etdiyi məlum qətnamənin Minsk qrupunun fəaliyyətinə ağır zərbə vurduğu şəksizdir. Xüsusilə də, Azərbaycanın Minsk qrupunun həmsədri kimi Fransanın tərəfsizliyinə inamı ciddi şəkildə sarsılıb. Vasitəçiyə inam yoxdursa, demək o, artıq vasitəçi ola bilməz”, – deyə Əli Əhmədov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video