19:38 16 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
15:16 16.01.2021 Onlar bizə əmanət !
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qafqaz Müsəlmanları İdarəsinin sədri KAICIID-in Direktorlar Şurasının onlayn iclasında iştirak edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:56 25.11.2020

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının (KAICIID) 24-cü sessiyasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə videoiclasda çıxış edib, Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını iştirakçıların diqqətinə çatdırıb.

KAICIID Təşkilatının Baş katibi Feysal bin Müəmmar videokonfransın gedişində pandemiyaya baxmayaraq, əvvəlcədən nəzərdə tutulan proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi istiqamətində səylərin davam etdirildiyini vurğulayıb, BMT-nin Sivilizasiyalar Alyansı ilə imzaladıqları memorandum haqqında, habelə Mərkəz adından iştirak etdiyi virtual tədbirlər barədə məlumat verib.

Tədbir zamanı bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi, KAICIID-in inkişaf strategiyası ilə bağlı müzakirələr aparılıb. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, təşkilatın inkişaf perspektivləri, genişlənmə prosesi çərçivəsində yeni üzv dövlətlərin qəbulu, təşkilat məsələləri – yeni sədr müavininin seçilməsi kimi əhəmiyyətli məsələlər daxil idi.

Sonra sentyabrın 14-də keçirilmiş 23-cü sessiyanın qərarlarının yerinə yetirilməsi üzrə hesabat dinlənilib, Məşvərət Şurası və kommunikasiyalar üzrə yeniliklər barədə məlumat verilib. Məruzələrdə son dövrlərdə Vyanada, Nitsada baş verən terror hadisələrinin dinlə heç bir əlaqəsinin olmadığı, Qərb və İslam dünyaları arasında qarşıdurma yaratmaq istəyənlərin təxribatçı fikirlərinin qarşısının alınması üçün Beynəlxalq Mərkəz daxil olmaqla, bütün dinlərin nümayəndələrinin birgə hərəkət etmələrinin vacibliyi vurğulanıb.

Şeyxülislam A.Paşazadə ilə yanaşı, Direktorlar Şurasında təmsil olunan Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş katibi Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist Təşkilatının prezidenti Koşo Nivano, Beynəlxalq Mərkəzin Baş katibinin müavini Alvaro Albasete, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram və başqaları videokonfransda iştirak ediblər.

Sessiya iştirakçıları tərəfindən Azərbaycan dövlətinin dünyada dinlərarası dialoq və əməkdaşlığa verdiyi töhfələr məmnunluqla vurğulanıb.

Onlayn sessiya məhsuldar keçib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM