23:31 27 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyənin Milli Müdafiə Nazirliyi Kəlbəcərin azad olunması ilə bağlı paylaşım edib
ANA SƏHİFƏ / SİYASƏT
13:02 25.11.2020

Qəhrəman Azərbaycan Ordusunun qazandığı böyük zəfərlə bağlı əldə olunan razılaşmaya əsasən Ağdamdan sonra Kəlbəcər də azad edildi. Kəlbəcər 27 il sonra sahiblərinə qovuşdu.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yer alan paylaşımda əksini tapıb. Paylaşımda, həmçinin qeyd olunub: "Şanlı ay-ulduzlu bayrağımız azan sədaları altında Kəlbəcərdə də dalğalanacaq”.

Paylaşımda Müzəffər Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasını əks etdirən fotolar da yer alıb.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM