00:27 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Oklahoma Dövlət Universiteti ilə ADAU arasında təhsil sahəsində strateji tərəfdaşlıq sazişi imzalandı
ANA SƏHİFƏ / TƏHSIL
00:28 25.11.2020


Oklahoma Dövlət Universiteti (ODU) ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında təhsil sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Saziş özündə ABŞ-ın nüfuzlu təhsil müəssisələrindən biri olan ODU ilə ADAU arasında təhsil və tədqiqat sahələrində əməkdaşlığı genişləndirməklə bağlı müddəaları özündə əks etdirir. İmzalanan sənəd Azərbaycanla Oklahoma ştatı arasında illərdir inkişaf edən səmərəli əməkdaşlığın xarakterinə uyğundur.

Hər iki ali təhsil müəssisəsi imzalanan sazişlə öz üzərlərinə bərabər və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq fəaliyyəti ilə bağlı öhdəliklər götürüblər. Bu cür fəaliyyətlər universitetlər arasında mütəxəssis və tədqiqatçı alimlərin mübadiləsini, təlim, tədqiqat, araşdırma sahəsində əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. ADAU və ODU bu istiqamətdə qarşılıqlı fəaliyyətin həyata keçirilməsində bir-birilərini strateji tərəfdaş olaraq tanıyırlar.

Sazişə əsasən ADAU-nun məzunları, professor-müəllim heyəti qəbul tələblərinə cavab verdikləri təqdirdə ODU-da təhsil alacaqlar. Bu zaman onlar strateji tərəfdaş olan təhsil müəssisəsinin hüquq və imtiyazlarına sahib olacaq və rezident tələbələrə verilən imtiyazlara sahib olmaq hüququ qazanacaqlar.

Gələcəkdə hər iki universitet tərəfindən müəyyən olunacaq ixtisaslar üzrə ikili diplomların verilməsi məsələsi gündəmdədir və hazırda bu istiqamətdə danışıqlar davam edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM