13:34 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
03:29 20.01.2021

11 qələbə müjdəsi


03:13 20.01.2021

Tələbə şəhid


02:52 20.01.2021

Şərəfli ömür yolu


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sahibə Qafarova: Beynəlxalq ictimaiyyətin susqunluğu və cəza tədbirləri görməməsi Ermənistanın işğalı 30 il davam etdirməsinə gətirib çıxarıb
ANA SƏHİFƏ / SİYASƏT
21:30 24.11.2020

Beynəlxalq ictimaiyyətin susqunluğu və cəza tədbirləri görməməsi Ermənistanın işğalı 30 il davam etdirməsinə gətirib çıxarıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin birgə təşəbbüsü ilə noyabrın 24-də keçirilən "Miqrant uşaqların qorunması və itkin düşən uşaqların xilas edilməsi” adlı beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və AŞPA prezidenti Rik Daemsin də iştirakı ilə keçirilən konfransda Milli Məclisin sədri müzakirə edilən mövzunun beynəlxalq ictimaiyyət üçün əhəmiyyətindən və aktuallığından söz açıb. Sahibə Qafarova AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə sədrlik etdiyi 2016-2018-ci illərdə də miqrant uşaqların problemlərini diqqət mərkəzində saxladığını, beynəlxalq ictimaiyyətin bu məsələyə daha çox diqqət ayırmasına çalışdığını xatırladıb.

Spiker sözügedən problemin ciddiliyini nümayiş etdirən bəzi rəqəmləri təbdir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, 2018-ci ilin sonu etibarilə qlobal miqyasda 31 milyon uşaq öz doğma yurd-yuvalarından didərgin düşüb. O deyib: "Təkcə 2014-2018-ci illər arasında 1600 miqrant uşaq həyatını itirmişdir ki, bu da hər gün bir uşaq deməkdir. Əminəm ki, reallıqda bu rəqəmlər daha qorxuncdur, çünki bir çox miqrant uşağın ölümü qeydə alınmayıb”.

BMT-nin 2020-ci ilin may ayında açıqladığı hesabata diqqəti çəkən Milli Məclisin sədri bildirib ki, təkcə 2019-cu ildə 19 milyon uşaq münaqişələr və zorakılıq səbəbindən öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bu isə o deməkdir ki, hazırda dünyadakı miqrantların 12 faizi uşaqlardır, başqa sözlə, hər 8 miqrantdan biri uşaqdır. Bu rəqəmlər qorxuncdur, həyəcan təbili çalır. Son dövrlər COVID-19 pandemiyasının geniş vüsət alması isə vəziyyəti daha da qorxunc edib.

Spiker Sahibə Qafarova AŞPA və digər beynəlxalq təşkilatların miqrant uşaqlarla bağlı problemə daha çox diqqət ayırmasından məmnun olduğunu ifadə etsə də, vəziyyətin yaxşıya doğru dəyişməməsindən təəssüfləndiyini bildirib. 2017-ci ilin oktyabrında "Avropada itkin düşmüş qaçqınlar və miqrant uşaqlar” adlı qətnamə layihəsinə imza atan 22 AŞPA üzvündən birinin özü olduğunu xatırladan spiker bu sahədə görülən işlərin az səmərəli olmasının səbəbini "nəticə ilə mübarizə”də gördüyünü diqqətə çatdırıb. Bildirib ki, səbəblər isə müharibələr, hərbi münaqişələr, iqlimlə bağlı çağırışlar, yoxsulluq və digər qlobal problemlərdir. Bunlara qarşı isə səmərəli mübarizə aparılmır.

Milli Məclisin sədri Azərbaycanın da çoxsaylı qaçqın və məcburi köçkünə sahib olan, uzun illər bu problemdən əziyyət çəkən bir ölkə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə məruz qalıb, nəticədə 1 milyon qaçqın və məcburi köçkünün problemi ilə üzləşib və bu, ölkənin hər 8 vətəndaşından 1-nin qaçqın və məcburi köçkün olması deməkdir. Beynəlxalq ictimaiyyətin susqunluğu və Ermənistanın cəzasız qalması 30 il boyunca – Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində öz ərazilərimizi işğaldan azad edənədək, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsi ilə nəticələndi.

Spiker dolayısı ilə beynəlxalq ictimaiyyətin, xüsusilə də beynəlxalq təşkilatların susqunluğu və təsirsizliyinin son nəticədə qlobal xarakterli məsələlərin, o cümlədən miqrant probleminin daha mürəkkəb hal almasına səbəb olduğunu vurğulayıb.

Sahibə Qafarova Suriya, İraq, Liviya, Yəmən kimi ölkələrdə və bütövlükdə, Aralıq dənizi regionundakı qeyri-sabitliyin də, bunun Türkiyə üçün yaratdığı çətinliklərin də beynəlxalq təşkilatların fəaliyyətinin səmərəsizliyinin nəticəsi olduğunu qeyd edib. Hazırda Türkiyənin təkcə Suriyadan 3,6 milyon qaçqına ev sahibliyi etdiyini xatırladan spiker buna görə qardaş ölkənin ən böyük təşəkkürə layiq olduğunu, lakin beynəlxalq ictimaiyyətin oturub düşünməli olduğunu vurğulayıb.

Sonda Milli Məclisin sədri belə vacib konfransın keçirilməsinə verdiyi dəstəyə, həmçinin ona bu tədbirdə fəxri qonaq kimi iştirak etmək üçün göndərilən dəvətə görə Türkiyə Böyük Millət Məclisinə və şəxsən Mustafa Şentopa, AŞPA-nın prezidenti Rik Daemsə və AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə təşəkkürünü ifadə edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM