15:27 21 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Özbəkistan portalları: Qarabağdakı məscidlərdə ermənilər donuz və qaramal saxlayıblar
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
13:30 24.11.2020

Özbəkistanın "islamonline.uz”, "qalampir.uz” və "darakchi.uz” portalları yazır ki, Qarabağda olan 67 məsciddən 63-ü dağıdılıb, qalan bir neçə ibadət evində isə ermənilər donuz və qaramal saxlayıblar.

"islamonline.uz” portalı bildirir ki, Şuşada 215, Ağdamda 140, Cəbrayıl və Xocavənddə 93, Kəlbəcərdə 91, Laçında 74, Zəngilanda 56, Xocalıda 28 tarix və mədəniyyət abidəsi olub.

"qalampir.uz” portalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə Bəyanat qəbul etmələri haqqında məlumat verir. Bildirilir ki, razılaşmaya uyğun olaraq artıq Ağdam rayonu işğaldan azad edilib, Azərbaycan Silahlı Qüvvələri şəhərə girib. Bildirilir ki, şəhər tamamilə dağıdılıb, yerlə- yeksan edilib, Ağdamda 1 dənə də olsun bina, ev qalmayıb, infrastruktur məhv olub.

Vurğulanır ki, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın isə dekabrın 1-dək Azərbaycana təhvil veriləcək.

"darakchi.uz” portalı yazır ki, işğaldan azad edilən Zəngilan rayonundakı ermənilər tərəfindən yarımdağıdılmış məscid də tövləyə çevrilib, onlar burada ev heyvanları saxlayıb və bununla da təkcə Azərbaycan xalqının deyil, bütün müsəlman dünyasını təhqir ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM