Azərbaycanın 2021-ci il dövlət büdcəsi Ermənistandan 4, Gürcüstandan isə 2,7 dəfə çoxdur
“Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Əsgər teleqramları və şairin cavabı
Xalq şairi Nəriman Həsənzadəyə
Çox hörmətli, qeyrətli, vətənpərvər, sayılıb-seçilən ağsaqqalımız bizə göndərdiyiniz ərizə və məktub-teleqrama görə Sizə və övladlarınıza öz təşəkkür və minnətdarlığımızı bildiririk. Allah Ali Baş Komandanımıza, ordumuza və millətimizə yar olsun. Sizin bizə həsr etdiyiniz şeiri bir-bir hamımız oxuyub əzbərlədik. Sizin əlinizdən öpürük. Yəqin ki, yuxusuz qalıb bu şeiri ərsəyə gətirmisiniz. Allah sizin kimi ağsaqqaları var etsin. Allah millətimizi, birliyimizi əbədi etsin. Biz də söz veririk ki, Ali Baş Komandanımızın bütün əmr və tapşırıqlarını icra edib, torpaqlarımız uğrunda son damla qanımızadək döyüşəcəyik.
Nəriman müəllim, bir daha məktuba görə minnətdarıq.
Heydər Quliyev, Elman Nəzərov, Ramil Ağayev,
Racu Nəbiyev, Təbriz Babayev, Ramil Hacıyev
Füzuli rayonu "N” saylı hərbi hissə
Xalq şairi Nəriman Həsənzadəyə
Xalqımızın şair oğlu, ürəyi Qarabağla döyünən gözəl insan, müdrik ağsaqqal, gözlərin aydın olsun. Qələbə bizimlədir! Biz bunu bacardıq.
Bütün tarixboyu millətimizin arzuladığı Milli Qəhrəman qətiyyətli, qüdrətli Ali Baş Komandanımız sayəsində rəşadətli Ordumuz bu qələbəni qazandı!
Yaşasın Ali Baş Komandanımız! Yaşasın rəşadətli Ordumuz! Yaşasın bütün dünyada yumruq kimi birləşmiş azərbaycanlılar və Azərbaycan! Ruhunuz şad olsun, bayram edən şəhidlərimiz, gözünüz aydın olsun, şəhid doğmaları, gözünüz aydın olsun, qarabağlılar, gözünüz aydın olsun, mənim ağsaqqalım, Nəriman Həsənzadə!
Mənim gücüm və imkanım sənə İsa bulağından su və çox sevdiyin Şuşadan torpaq gətirməyə çatar. Tezliklə görüşənədək.
Hörmətlə,
Heydər QULİYEV,
Füzuli rayonu, "N” saylı hərbi hissə, polkovnik
Dünya susur.
Allah!
Allah!
Dünya laldı,
Dünya kardı.
Düşmənimiz
Bir yalquzaq
canavardı.
Uladıqca dünya susur.
Qərbin
insan hüquqları
hanı belə?
niyə susur?!
Gəncə yanır,
Bərdə yanır.
Göydəkilər
göydə yanır,
yerdəkilər
yerdə yanır.
Paşinyanın
bombaları,
ulayırdı.
Ya biriydi
Ya ikiydi
Gecə yarı,
ulayırdı.
Erməninin züy tutanı
havadarı,
ulayırdı.
Bu xarabə
bayquşları,
ulayırdı.
Yer
qisasa
çağırırdı
yer üzünü.
Bir görmüşdük,
Bir də gördük
ermənin
şər üzünü.
Şaumyan da
istəyirdi,
yüz il qabaq, -
bombalasın,
Gəncə, səni!
Cümhuriyyət vətənimsən,
öncə səni.
O uğursuz,
kor yapalaq!
Filankəsin
Silahdaşı,
"Əziz dostu”
Bakıda milləti qıran.
İstəyirdi...
Gec uçmuşdu
təyyarələr
Moskvadan!
İgidlərim,
oğullarım,
sizinkidir
Bu hisslərim,
duyğularım.
Bu hecalı,
qafiyəli
dualarım!
Şah İsmayil
səngərindən
Tanıdığım
gənc ərlərim!
Zabitlərim,
gizirlərim,
əsgərlərim!
Dağ yanında
bir dağsınız.
Yer tərpənsə,
uçmazsınız,
dayaqsınız.
Top dalında,
tank içində,
Yatmazsınız,
oyaqsınız.
Torpaqsınız,
Vətənsiniz,
Bayraqsınız.
Sizi görən
zəlil düşmən
Atəş açır: səngərimə
Sinəmdəki
mənim
şeir
dəftərimə.
Heydərlərim,
Ramillərim,
Racularım,
Mənim başıucalarım!
comərdlərim!
Təbrizlərim,
Elmanlarım,
Namiklərim.
Hərəniz bir
arxamsınız,
hərəniz bir
şah əsərim.
Nəriman HƏSƏNZADƏ,
Xalq şairi
Noyabr 2020