21:06 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Rəcəb Tayyib Ərdoğan: Rusiya ilə ortaq səylərimiz nəticəsində 30 il davam edən Qarabağ münaqişəsinə son qoyduq
ANA SƏHİFƏ / SİYASƏT
23:13 21.11.2020

Türkiyə olaraq yaşadığımız coğrafiyada sülhə töhfə verməyə çalışırıq. Qarabağ burada mühüm nümunədir. Azərbaycan torpağı olan bu bölgə təxminən otuz il əvvəl Ermənistan tərəfindən işğalı edilmişdi. Problemin həlli üçün yaradılan Minsk qrupunun həmsədrləri isə işğala son vermək üçün, təəssüf ki, heç bir addım atmadılar. Rusiya Federasiyası ilə ortaq səylərimiz nəticəsində əldə edilən razılaşma sayəsində həm bu münaqişəyə son qoyduq, həm də 30 ildir davam edən problemin həllinə öz töhfəmizi verdik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin zirvə görüşü və "XII Halifax” Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı səsləndirib.

Dünyada cərəyan edən proseslərə toxunan Türkiyə Prezidenti deyib: "Bu gün heç bir ölkənin təhlükəsizlik məsələlərinə coğrafi uzaq-yaxınlıq obyektivindən baxmaq kimi rahatlığı ola bilməz. Türkiyə olaraq atdığımız addımlar sayəsində 411 mindən çox suriyalı qardaşımızın könüllü və təhlükəsiz bir şəkildə vətənlərinə geri dönməsinə nail olmuşuq. Avropa ilə əməkdaşlığımızı inkişaf etdirərkən Asiya və Afrikanı da yaddan çıxarmırıq. Rusiya ilə son zamanlar inkişaf edən əməkdaşlığımızı ABŞ-la köklü əlaqələrimizin alternativi olaraq görmürük”.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM