Alternative content

20:36 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Misir portalı Azərbaycan Prezidentinin Ağdamın azad edilməsi münasibətilə xalqa müraciətini yayıb
Misir portalı Azərbaycan Prezidentinin Ağdamın azad edilməsi münasibətilə xalqa müraciətini yayıb
ANA SƏHİFƏ / SİYASƏT
17:14 21.11.2020

Misirin "Aldiplomasy” informasiya portalı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətinin tam mətnini yayıb.

AZƏRTAC xəbər verir ki, "Aldiplomasy”, həmçinin "Euronews” telekanalının Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərindən reportajına da yer ayırıb. Portalın xəbərində vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews”un müxbirinə dağıdılmış şəhərin Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizm aktı olduğunu söyləyib. O əlavə edib ki, işğaldan əvvəl Füzulidə 100 min insan yaşayırdı. Bu şəhər günbəgün firavanlaşırdı, lakin erməni işğalçıları onu yerlə-yeksan ediblər. Hikmət Hacıyev deyib ki, Azərbaycan ermənilərin dağıtdığı şəhəri bərpa edəcək, Füzuliyə həyat qayıdacaq və o, yenə firavanlaşan Azərbaycan şəhərinə çevriləcək.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM