Alternative content

15:37 27 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hande Harmancı: Azərbaycan hökuməti pandemiyaya müqavimət göstərmək əzmindədir və bunun üçün imkanları var
Hande Harmancı: Azərbaycan hökuməti pandemiyaya müqavimət göstərmək əzmindədir və bunun üçün imkanları var
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:13 21.11.2020

Bu gün, vaksinlərin və dərmanların olmadığı vaxtda Azərbaycan regionda pandemiyanın qarşısını almaq üçün yeganə vasitələr olan epidemioloji və sosial tədbirlər görməyə başlayan ilk ölkələrdən biri olub. Əlbəttə, biz hamımız bilirik ki, bunlar əllərin yuyulması, respirator etiketi, maskalar və fiziki distansiyadır. Bu tədbirlər həddən artıq sadə olsa da, onlar sistemli xarakter daşıyır və milli səviyyədə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin rəhbəri Hande Harmancı BMT-nin Xəbərlər saytına müsahibəsində bildirib.

O xatırladıb ki, Azərbaycanda hələ martın əvvəllərində məktəblər bağlanıb və tədricən epidemioloji və sosial tədbirlər sərtləşdirilməyə başlanıb. Karantin tətbiq edilib, insanlara evdən çıxmamaq tövsiyə edilib, bir çox ofislər bağlanıb. Yaydan sonra tədbirlər yumşaldılıb.

H.Harmancı deyib: "ÜST hər bir ölkədə vəziyyəti izləmək üçün yaxşı bir üsuldan –harada və hansı tədbirlərin keçirilməsini, xəstəliyini hansı səviyyədə olduğunu əks etdirən ümumi indeksdən istifadə edir. Məlum olub ki, harada tədbirlər sərtləşdirilirsə, orada COVID-19 xəstəliyinə yeni yoluxma hallarının sayı azalır. Lakin bu göstəriciləri interpretasiya etmək o qədər də asan deyil. Yaddan çıxarmaq lazım deyil ki, o vaxt yay mövsümü yaxınlaşırdı, yay aylarında yeni yoluxma hallarının sayı bütün dünya üzrə azalmışdı, beləliklə, görünür, bu virus mövsümi xarakter daşıyır. İndi, məsələn, qışın gəlməsi ilə yoluxmaların sayı yenidən artır.

Bununla belə, ÜST-nin tövsiyə etdiyi epidemioloji və sosial tədbirlər özünün səmərəliliyini sübut etdi. Ölkələr, həmçinin bir-birindən öyrənə bilərlər, ÜST yaxşı təcrübə mübadiləsinə hər cür köməklik göstərir. Azərbaycan da region ölkələrinin hansı tədbirlər görməsinə diqqət yetirir. Məsələn, Azərbaycan Türkiyə ilə çox sıx əlaqələrə malikdir, bu ölkələr pandemiyanın ta əvvəlindən məlumatlarla və yeniliklərlə səhiyyə nazirləri səviyyəsində mübadilə aparıblar.

Azərbaycan ÜST-nin tövsiyələrinə çox ciddi yanaşır və biz tibbi xidmətin bütün mərhələlərində bu tövsiyələrin həyata keçirilməsinə hər cür kömək göstəririk. Başa düşülməlidir ki, ÜST elmi və texniki tövsiyələr təqdim edir, lakin onların icrası hər bir konkret ölkənin işidir. Bu ölkələrin hökumətləri vəziyyətin spesifikasını: cəmiyyətin strukturunu, mədəni xüsusiyyətləri, müəyyən tədbirlərin ehtimal dərəcəsini və sair amilləri nəzərə alırlar. Azərbaycan da ÜST-nin tövsiyələri ilə ümumi məxrəcə gəlməyə çalışır.

Mən iki mühüm nailiyyəti qeyd etmək istərdim. Onlar xəstəliyə yoluxmanın və epidemioloji ab-havanın izlənməsinin rəqəmsal sistemini cəmi üç ay ərzində yaradıblar. Bu, böyük nailiyyətdir. Bu, onu deməyə əsas verir ki, hökumət pandemiyaya müqavimət göstərmək əzmindədir və bunun üçün imkanları var.

Mən bir də bütün maraqlı tərəflərin milli səviyyədə yaxşı koordinasiya fəaliyyətini vurğulamaq istərdim. Məlumdur ki, belə fövqəladə vəziyyətin öhdəsindən yalnız Səhiyyə Nazirliyinin gücü ilə gəlmək mümkün deyil. Buraya ən müxtəlif nazirliklər cəlb olunmalıdır. Azərbaycanda Baş nazir səviyyəsində Operativ Qərargah yaradılıb. Qərargah müxtəlif nazirləri və nazir müavinlərini bir yerə cəmləyib ki, onlar daha səmərəli əməkdaşlıq etsinlər və cavab tədbirlərini əlaqələndirsinlər”.

Bu yaxınlarda Qarabağ münaqişəsinin gərginləşməsi ilə əlaqədar səhiyyədə vəziyyətlə bağlı sualı cavablandıran H.Harmancı xatırladıb ki, Qarabağda atəşkəs barədə bəyanat imzalandıqdan sonra çoxlu sayda insan əllərində bayraqlarla küçələrə çıxaraq mahnı oxuyub, şənləniblər. O deyib: "Biz bilirik ki, mahnı oxuyan zaman ağızdan selik havaya yayılır, bu, çox təhlükəlidir. Mən pəncərədən müşahidə edirdim – insanlar, xüsusən də gənclər, hər yerdə idilər bu, məni çox narahat edirdi. Düşünürəm ki, inkubasiya dövründən sonra, yəni 1-2 həftədən sonra biz infeksiyanın artmasının şahidi olacağıq”.

O, həmçinin bildirib ki, ÜST hökumətlə görüşlər formatına qayıtmaq niyyətindədir. Münaqişə gərginləşməmişdən əvvəl bu görüşlər iki həftədə bir dəfə keçirilirdi. Bu, daha fəal texniki dəstəyin göstərilməsi məqsədi daşıyırdı. Biz əvvəllər də hökumətlərə kömək göstərirdik, xüsusən də xəstəxanaların hazırlığı məsələlərində. İndi vəziyyəti yenidən qiymətləndirmək və zəruri addımlar atmaq lazımdır.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM