21:31 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ATƏT PA-nın Paris Xartiyasının onlayn iclası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
17:12 21.11.2020

ATƏT PA-nın Paris Xartiyasının 30-cu ildönümünə həsr olunmuş onlayn iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Ülviyyə Ağayeva Paris Xartiyasının 30 il əvvəl Avropada qarşıdurma və bölünmə dövrünün sona çatdığını, iştirakçı dövlətlər arasında demokratik idarəetmə, qanunun aliliyi və insan haqlarına əsaslanan yeni bir demokratiya, barış və birlik dövrünün elan edilməsinin əbəs yerə olmadığını bildirib. Qeyd edilib ki, başqa bir ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya güc tətbiqi yuxarıda göstərilən prinsiplərə tamamilə ziddir. Beynəlxalq ictimaiyyət ümumdünya norma və prinsiplərini bütün münaqişələrin həlli proseslərinə istisnasız olaraq tətbiq etməlidir. Əks təqdirdə, təcavüzkarlara qarşı bu cəzasızlıq bölgəyə davamlı sülh və sabitlik gətirmək üçün göstərilən səylərlə tamamilə ziddiyyət təşkil edir.

Diqqəti Azərbaycanın Kəlbəcər rayonunda baş verən son hadisələrə yönəldən deputat deyib: "Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 15-dək Azərbaycana təhvil verilməli idi. Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi və bu müddət noyabrın 25-dək uzadıldı. Ancaq biz nəyin şahidi olduq? İndi ermənilər 27 il işğal altında olan rayonu tərk etməmişdən əvvəl evləri və meşələri yandırırlar. 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı soyuq qış günündə körpə uşaqları qucaqlarında öz torpaqlarından qovuldular. Ermənilər torpaqlarımızı işğal edərkən, azərbaycanlılara öz yurdlarını tərk etmələri üçün cəmi 10 saat vaxt verilmişdi. Bu gün Kəlbəcərdə evləri, məktəbləri və meşələri yandırmaları, heyvanları öldürmələri, bütün infrastrukturu zədələmələri hər zaman məzlum millət kimi görünən ermənilərin barbar mahiyyətini bir daha nümayiş etdirir. Şübhəsiz ki, Azərbaycan Yerevanın və tanınmamış "respublika”nın qüvvələrinin nəzarəti altında olduqları müddətdə Azərbaycan ərazilərinə vurduğu ziyana görə Ermənistandan təzminat tələb edəcək”.

Ü.Ağayeva bildirib ki, Azərbaycan münaqişənin ən qısa müddətdə sülh yolu ilə həllində ən maraqlı tərəf olduğunu dəfələrlə vurğulayıb. Ermənistandan fərqli olaraq, Azərbaycan özünümüdafiə hüququna uyğun hərəkət etməklə, digər potensial humanitar fəlakətin qarşısını almaqla yanaşı, mülki əhalisini də qorudu.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM