Alternative content

11:48 29 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:18 29.11.2020 DƏMİR YUMRUQ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş Prokurorluq tərəfindən vətəndaşlarımıza xəbərdarlıq edilib
Baş Prokurorluq tərəfindən vətəndaşlarımıza xəbərdarlıq edilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:10 21.11.2020

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək müddətində davam edən silahlı münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunlarının və adətlərinin pozulması faktlarına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq hazırda ibtidai istintaq davam etdirilir, cinayət törətmiş şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Azərbaycanın hərbi qulluqçularının torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülər yayılıb.

Həmin videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bir çox videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

Qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2-ci (işgəncə vermə, qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi başlanıb, hazırda həmin videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu kimi qanunsuz əməllərə yol vermiş şəxslər müəyyən edilib məsuliyyətə cəlb edilməklə, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Baş Prokurorluq Azərbaycan Respublikasının vətəndaşlarını və hərbi qulluqçularını yuxarıda qeyd olunan qanun pozuntularının yolverilməzliyi barədə bir daha xəbərdar edir. Həmçinin bildirilir ki, 1992-ci ildən başlayaraq Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə arxeoloji qazıntıların aparılması, tarixi maddi və mədəni irs abidələrinin talanması, ekoloji cinayətlərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işləri üzrə istintaq aparılır, artıq işğaldan azad edilmiş ərazilərimizdə hadisə yerinə baxış da daxil olmaqla, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir və həmin istintaq hərəkətləri zamanı tarixi abidələrin ermənilər tərəfindən məhv edilməsinə dair əsaslı sübutlar əldə olunur. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olaraq, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və müxtəlif konfessiyaların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi dünyada tanınıb.

Vətəndaşlarımız tolerant və multikulturalizm dəyərlərini əsas tutmaqla mədəniyyətimizə və mentalitetimizə uyğun olmayan hərəkətlərdən çəkinməlidir.

Bir daha qeyd edilməlidir ki, işğaldan azad edilmiş ərazilərimizdə hazırda mövcud olan tarixi, dini və mədəni abidələrin məhv edilməsi və ya onlara hər hansı formada zərər yetirilməsi yolverilməzdir.

Baş Prokurorluq bəyan edir ki, oxşar xarakterli qanun pozuntularına yol vermiş hərbi və mülki şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcək.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM