21:50 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avropa İttifaqı Rusiya peyvəndindən imtina etdi
ANA SƏHİFƏ / DÜNYA
14:41 21.11.2020

Rusiyanın "Sputnik V" preparatı Aİ-nin peyvənd strategiyasına daxil olmayacaq. Avropalı məmurlar bildiriblər ki, onlar yalnız ittifaq ərazisində hazırlanmış preparatları istehsalçılardan almağa hazırdırlar. Bu barədə "Röyter" agentliyi tədarüklə bağlı danışıqlarda iştirak edən AB məmuruna istinadən xəbər verir.
Avropa İttifaqı Pfizer (ABŞ) və BioNTech (Almaniya) şirkətləri tərəfindən hazırlanmış 300 milyon Covid-vaksin dozasını almaq niyyətindədir. Belə bir preparatın bir dozası 15,5 avroya başa gələcək.
Qeyd edək ki, ABŞ peyvəndinin klinik sınaqları hələ başa çatmayıb. Aİ üçün sövdələçmənin ümumi məbləği (300 milyon doza) təxminən 4,6 milyard avro təşkil edəcək.
Bundan başqa, Avropa İttifaqı Almaniyanın CureVac şirkətilə 405 milyon doza üçün müqavilə imzalayıb— dozanın qiyməti Brüssel üçün ilk 225 milyon doza üçün 10 avro təşkil edəcək. Təchizat artıq mart ayında başlaya bilər.
Xatırladaq ki, koronavirusdan ilk peyvənd Rusiyada qeydə alınmışdır. Bu barədə avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM