08:14 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:35 24.01.2021

Xalq artisti Eldar Quliyevə


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avropa çempionu: Medal kolleksiyama Olimpiya mükafatını əlavə etmək istəyirəm
ANA SƏHİFƏ / İDMAN
10:39 21.11.2020

Azərbaycan xalqı böyük Qələbənin sevincini yaşayır. Belə bir zamanda üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyim üçün çox xoşbəxtəm. Azərbaycanın Dövlət Himnini səsləndirmək, bayrağını yüksəklərdə dalğalandırmaq belə bir zamanda çox qürurvericidir. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Qələbəmi Azərbaycan xalqına həsr edirəm. Azərbaycanın təmsilçisi olmaqdan qürur duyuram!

Bu sözləri AZƏRTAC-a müsahibəsində noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında qızıl medal qazanan Orxan Səfərov deyib. O, qeyd edib ki, bir-birindən çətin keçən qarşılaşmalarda yalnız qələbə naminə mübarizə aparıb: "Pandemiya dövrünün çətinliklərinə baxmayaraq komandamız məşqləri davam etdirdi və onun nəticələrini görürük. Bu ilin oktyabrında Macarıstanda keçirilmiş "Böyük dəbilqə” turnirində bürünc medal qazandım. Düzü, çox təəssüflənirdim ki, bacarığımdan aşağı səviyyədə çıxış etmişəm. Ötən 1 ay ərzində özümü ancaq qələbəyə köklədim. Bir qədər həyəcanlı idim və eyni zamanda, üzərimdə böyük məsuliyyət hiss edirdim. Çox şükür, istədiyimə nail oldum”.

Orxan Səfərov gələcək hədəflərdən də danışıb: "Bundan sonra üzərimdə daha ciddi çalışmalıyam. Olimpiya xalları yığmaqda davam edəcəyəm. Əsas məqsədim reytinqimi yüksəltmək, Tokio Olimpiadasında çıxış etməkdir. Medal kolleksiyama Olimpiya mükafatını əlavə etmək istəyirəm”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM