07:20 13 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:49 13.06.2021

Erməni xəyanəti


00:47 13.06.2021

Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə “Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli,  “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2012-ci il 13 noyabr tarixli 2542 nömrəli, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 10 dekabr tarixli 150 nömrəli, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014 - 2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 13 iyun tarixli 550 nömrəli, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015 - 2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli,  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli, “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 may tarixli 64 nömrəli, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018 - 2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 avqust tarixli 393 nömrəli və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə


00:46 13.06.2021

“Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli  303-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 8 iyul tarixli 148 nömrəli, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan  Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 296 nömrəli, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 17 iyun tarixli 353 nömrəli, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 367 nömrəli, “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə” 2000-ci il 13 noyabr tarixli 419 nömrəli, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 may tarixli 697 nömrəli fərmanlarında  dəyişiklik edilməsi haqqında


00:44 13.06.2021

“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994-cü il  23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli  Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 304-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə


00:43 13.06.2021

“Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 301-VIQD nömrəli Qanununun tətbiqi və  Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 8 fevral tarixli 278 nömrəli, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli  fərmanlarında dəyişiklik edilməsi haqqında


00:41 13.06.2021

“Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 302-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 94 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il  25 iyul tarixli 622 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 11 iyun tarixli 908 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə


00:40 13.06.2021

Çingiz Oveys oğlu Qacar


00:34 13.06.2021

ÜMİDLƏR BAKIYA QALDI


00:31 13.06.2021

QALİB MÜƏYYƏNLƏŞMƏDİ


00:26 13.06.2021

Civəli balıqlar


00:26 13.06.2021

Padşahların ağız dadı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Daha bir qələbəmiz koronavirus üzərində olacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:55 21.11.2020


Müzəffər Ordumuzun qələbəsindən sonra bizim mübarizəni hamılıqla davam etdirməli olduğumuz daha bir düşmən də qalır. Bu, bütün dünyanı çənginə almış koronavirus pandemiyasıdır.

Təhlükəli xəstəliyin Çinin Uhan şəhərində ilk işartılarının görünməsindən artıq bir ildən çox vaxt ötür. Bu müddət ərzində koronavirus pandemiyası planetimizdə böyük dəyişikliklərə səbəb oldu. Müxtəlif ölkələrdə on minlərlə insanın həyatına son qoydu. Əfsuslar olsun ki, pandemiya Azərbaycandan da yan keçməydi. Hazırda isə bir çox ölkələrdəki kimi bizdə də koronavirusun növbəti dalğasının yayılmasına şahidik. Dövlətimizin həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində Azərbaycan bu xəstəliklə mübarizədə ən az itki verən ölkələrdən olsa da, təhlükənin miqyası kifayət qədər böyükdür. Artıq gündəlik yoluxma statistikası iki mini keçir.


İkiqat məsuliyyətli olmalı


Vətəndaşlarımız indi xəstəlikdən qorunmaq üçün tətbiq olunan qaydalara riayət edilməsi məsələsində ikiqat məsuliyyətli olmalıdırlar. Çünki işğalçı Ermənistana qarşı hərbi əməliyyatların gərgin mərhələsini yenicə başa vurmuşuq. Amma hələ hərbi vəziyyət davam edir. Apardığımız haqq davasında yaralanmış xeyli sayda qəhrəman hərbçimiz var. Onların bir qisminin müalicəsi xəstəxanalarda aparılır. Tibbi personalın mühüm hissəsi onların sağlamlığının bərpasına cəlb olunub.

Bizim də hazırda onların sağlamlığına ən böyük töhfəmiz özümüzü koronavirusdan qorumaq olardı. Çünki bu xəstəliyə yoluxan hər yeni şəxs bir xəstəxana çarpayısının tutulması, onlarca tibbi heyətin onun qayğısına qalması zərurətinin yaranması deməkdir.

Əlbəttə, həm koronavirusa yoluxmuş xəstələrin müalicəsi, həm testləşdirmə prosesinin aparılması və vaxtında qabaqlayıcı tədbirlərin görülməsi üçün dövlətimiz tərəfindən hazırda lazımi addımlar atılır. Ötən bir il müddətində koronaviruslu xəstələrin müalicəsi məqsədilə onlarca yeni xəstəxanalar istifadəyə verilib. Bu dövrdə tibb sektorunda yaranmış yeni vəziyyətin tənzimlənməsi məqsədilə də ardıcıl işlər görülür. Təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bununla belə, nəzərə almalıyıq ki, dövlətin resursları da hüdudsuz deyil. Ona görə indiki günlərdə tibbi personalın əsas diqqəti cəbhədə canları, qanları ilə zəfər qazanmış, bizi həsrətində olduğumuz böyük qələbəyə yetirmiş yaralı hərbçilərimizə yönəldə bilməsi üçün heç birimiz sağlamlığımıza etinasız yanaşmamalıyıq. Tətbiq olunan karantin qaydalarına ciddi əməl etməliyik.


Qaydalara əməl etmək vacibdir


Bu xəstəlikdən qorunmanın yolları, əslində çox sadədir. Maska taxmaq, sosial məsafə saxlamaq və dezinfeksiya tədbirlərini unutmamaqla koronavirusa yoluxma hallarının qarşısını xeyli dərəcədə almaq olar. Nəzərə almalıyıq ki, hazırda xəstəliyə qarşı mübarizə prosesi də müharibənin başqa bir formasıdır. Əsas fərq odur ki, bu cəbhədə təkcə əli silahlı əsgər və zabitlərimiz yox, hamımız varıq. Təhlükəli xəstəlik öz simptomları ilə hər birimizə hücum çəkir. Gözəgörünməz düşmənlə hamımız üz-üzəyik.

Hərbi əməliyyatların gedişində cəmiyyətimizin nəbzi döyüş bölgəsində vururdu. Hər birimiz cəbhəyə can atırdıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq davası aparan qəhrəman əsgər və zabitlərimizin yanında olmaq istəyirdik. Onlara necəsə fayda verməyimizə çalışırdıq. Qələbəmiz üçün nələrsə etməyə can atırdıq.

Həkim və başqa tibb işçilərimiz də koronavirusla mübarizə cəbhəsinin fədakar qəhrəmanlarıdırlar. Azərbaycanın indiyə qədər bu xəstəlikdən ən az itki vermiş ölkələr sırasında olması məhz koronavirusla mübarizədə gecəsini-gündüzünə qatan tibb işçilərimizin əzmkarlığı sayəsindədir. Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, onlar qəhrəmandırlar.

Tibb işçiləri amansız xəstəliklə çarpışan xəstələrin pənahıdırlar. Şəfalı əlləri ilə insanları həyata qaytaran qüvvədirlər. Xəstə yaxınlarının ümid yeridirlər. Bəşəriyyət tezliklə bu bəladan da qurtulacaq. Biz birliyimizin gücü ilə koronavirusa da qalib gələcəyik və bu günlər hamımız üçün keçmiş haqqında bir xatirəyə çevriləcək. Həkimlərimizin fədakar əməyi isə heç zaman unudulmayacaq. Onların insanları xilas etməkdən ötrü çəkdikləri əziyyətləri, saatlarla əyinlərindən çıxarmadıqları xüsusi geyimlərin, gəzdirdikləri maskaların çöhrələrindəki izini, gözlərindəki yorğunluğu, amma, eyni zamanda, xəstəliklə mübarizə əzmini də həmişə sevgi ilə yada salacağıq.


Vətəndaş sayıqlığı


Təəssüflər olsun ki, işğalçı Ermənistanla haqq savaşımızda şəhidlər verdiyimiz kimi, koronavirusla mübarizədə də dünyalarını dəyişənlərimiz oldu. Viruslu xəstələrin müalicəsində fəal iştirak edən bir neçə həkim və tibb işçimiz bu amansız xəstəliyin qurbanına çevrildi. Ona görə biz öz məsuliyyətli davranışlarımızla bu cəbhənin qəhrəmanlarını da qorumalıyıq. Səhhətimizə etinasızlıq göstərib xəstəliyin miqyasını genişləndirməklə onların da sağlamlığını təhlükə altında qoymamalıyıq. Bu qəhrəmanların bizim dəstəyimizə indi daha böyük ehtiyacları var. Cəmiyyət olaraq biz tibb işçilərimizə köməyimizi, yardımımızı əsirgəməməliyik. Bunun üçün bizdən böyük bir əziyyət tələb olunmur. Hazırkı durumda onlara ən böyük köməyimiz isə özümüzü təhlükəli xəstəlikdən qoruyub işlərini, qayğılarını daha da artırmamağımızdan ibarətdir. Bu, indi fərdi məsələ deyil, böyük vətəndaş məsuliyyətidir.

Koronavirusun yeni dalğasının miqyasını nəzərə alaraq hazırda dövlətimiz karantin tədbirlərini sərtləşdirmək məcburiyyətində qalıb. Virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. Xüsusilə həftəsonlarında ictimai nəqliyyatdan istifadə, həyati əhəmiyyətli fəaliyyət sahələri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlərin dayandırılması ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilib. Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri məsləhət olunur. Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir. Bütün bunlar dövlətimizin inzibati qərarları qədər həm də vətəndaş məsuliyyəti ilə bağlı məsələlərdir.

Ümid edirik ki, hər bir vətəndaşımız karantin qaydalarına bundan sonra öz səhhətinə diqqəti qədər həm də yaralı hərbçilərimizə ehtiramı, xəstəxanalarda insanları amansız xəstəliyin çəngindən almaq üçün çarpışan tibb işçilərinin fədakar əməyinə sayğısı kimi əməl edəcək. Və biz çox tezliklə koronavirus üzərində də zəfər qazanacağıq.

İradə ƏLİYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM