Alternative content

20:38 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müsbət tendensiyanın yenidən əldə olunması özümüzdən asılıdır
Müsbət tendensiyanın yenidən əldə olunması özümüzdən asılıdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:54 21.11.2020


Koronavirus bütün dünyada tüğyan etməkdədir. Ümumilikdə dünya ölkələri üzrə yoluxma sayı artıq 57 milyonu ötüb. Ən çox yoluxma halı ABŞ-dadır. Sonrakı yerlərdə isə Hindistan və Braziliya qərarlaşıb, Fransa, Rusiya, İspaniya, Britaniya, Argentina siyahını davam etdirir. Pandemiya ərzində indiyədək dünyada 1 milyondan çox insan həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edərək bildirib ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Avropanı qarşıda daha 6 ay çətin dövr gözləyir. ÜST-ün Avropa üzrə direktoru Hans Kluqe adıçəkilən qitədə keçən həftə rekord həddə - 29 mindən çox koronavirusla bağlı ölüm faktının qeydə alındığını bildirib. Onun sözlərinə görə, bu göstərici hər 17 saniyədə bir nəfərin ölməsini ifadə edir.


Bəzi qadağalar tətbiq olunacaq


Göründüyü kimi, hazırda dünyada yeni növ koronavirus infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunmaqdadır. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edirlər.

Respublikamızda da virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 28 dekabradək uzadılıb. Bununla belə, son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından, bəzi qadağaların yenidən tətbiq edilməsinə də qərar verilib. Belə ki, sərt karantin rejimi tətbiq edilən Şəki, Lənkəran şəhərləri, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında bu tədbirlərin müddəti 7 dekabradək uzadılıb.

Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət də 28 dekabradək uzadılıb və bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.


Qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir


21 noyabrdan etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur. Bununla da maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.

Xatırladaq ki, tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Dünyadakı, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara da işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, Azərbaycanda gündəlik yoluxmalar iki mindən çoxdur. İyun-iyul aylarında yoluxma halları maksimum 600-ə bərabər idi. Səhiyyə sistemi yüklənmişdi və ciddi əziyyət çəkirdik. Hazırkı vəziyyətdə səhiyyə sistemimiz daha da yüklənib.

Y.Qarayeva koronavirusla mübarizə istiqamətində görülən işlərdən də bəhs edib: "Ölkəmizdə koronavirusla mübarizə məqsədilə 10-dan çox modul tipli xəstəxana açılıb. Bir çox xəstəxana COVID xəstələrinə tibbi xidmət göstərmək üçün xüsusi avadanlıqlarla təchiz olunub. Tibb işçiləri xüsusi təlimlər keçib. Xarici ölkələrdən Azərbaycana istər qısa, istərsə də uzunmüddətli fəaliyyət göstərən tibbi mütəxəssislər gətirilib. Hər zaman qeyd etmişik ki, tibbi xidmətin keyfiyyəti bizim üçün əsasdır. Bütün bunlara baxmayaraq, belə tendensiya tibb sistemini yükləyir. Digər yandan, müharibədə yaralanan əsgərlərə tibbi xidmət göstərməyə davam edirik. Hələ də iki cəbhədə vuruşuruq. Cəmiyyətimizin köməyinə ehtiyacımız var. Hər kəsi müharibə zamanı göstərilən birliyi koronavirusla mübarizədə də göstərməyə səsləyirik”.


Sutkada 13 mindən çox test həyata keçirmək mümkündür


Y.Qarayeva onu da vurğulayıb ki, ölkəmizdə koronavirusa yoluxanların sayı çox olsa da, sağalanların da sayı az deyil. Lakin sağalanlarla yeni yoluxanların fərqinə xüsusi diqqət yetirmək lazımdır. Çünki onların arasında xəstəliyi ağır keçirənlərin hospitalizasiyaya ehtiyacı olur. Belə artım və fərq davam edərsə, gələcəkdə həmin xəstələrin yataqla təminatında problemlər yarana bilər.

Y.Qarayeva bildirib ki, xəstəliyə yoluxma hallarının müəyyənləşdirilməsinə başlanılan zaman maksimum 5 min test aparmaq mümkün idi. Lakin görülən tədbirlər, ölkəyə gətirilən xüsusi cihazlar nəticəsində testlərin sayı artırılıb: "Cihazların çoxu Bakıda deyil, regionlarda quraşdırılıb. Hazırda bütün regionlarda xaricdən gətirilmiş yüksək səviyyəli cihazlar vasitəsilə koronavirusun təyinolunması testlərini apara bilirik. Ölkə üzrə sutkada 13 mindən çox test həyata keçirmək mümkündür”.

Onun sözlərinə görə, koronavirusdan həyatını itirənlərin sayı əvvəllər 10-a qədər olurdusa, hazırda həmin rəqəm 25-dək artıb. Bu da çox narahatlıq doğurur və daha ciddi tədbirlərin görülməsinin vaxtının çatdığını göstərir.

TƏBİB rəsmisi məlumat verib ki, hazırda tam hazır olan və tətbiqinə başlana biləcək koronavirus əleyhinə peyvənd yoxdur, vaksinlərin hazır olması və tətbiqi gələn ilin aprel ayına gözlənilir: "Qarşıdan gələn qış mövsümünü karantin rejimi qaydalarına və əks-epidemik tədbirlərə riayət edərək keçirməliyik”.

Göründüyü kimi, hazırda dünyada olduğu kimi ölkəmizdə də sanitar-epidemioloji vəziyyət gərgindir. Yaranmış çətin vəziyyətin aradan qalxması, müsbət tendensiyanın yenidən əldə olunması isə öz əlimizdədir.

Buna görə də, hər kəs COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməli, zərurət olmadıqda kənar şəxslərlə təmaslardan uzaq olmalı, maskadan istifadə etməlidir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM