22:08 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bu il 1600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:52 21.11.2020


Əlilliyi olan şəxslərin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat və müəssisələrinin qurulması işləri davam edir. Cari ilin ötən dövründə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 1600-dək əlilliyi olan şəxs həmin proqrama cəlb olunub.

Bu kateqoriyadan olan şəxslərin proqrama cəlb edilməsi prosesi hazırda da davam edir. Qeyd edək ki, proqramla əhatə olunanlar həssas qruplardan biri olan əlilliyi olan şəxslərə üstünlük verilir. Onlar seçdikləri iqtisadi fəaliyyət növləri üzrə və biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin olunurlar.

Eyni zamanda BMT İnkişaf Proqramı ilə birgə icra olunan "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə isə daha 500 nəfər əlilliyi olan şəxsin aktivlər verilməklə kiçik biznesi qurulur. BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu ilə birgə Nazirliyin icra etdiyi layihənin əsas istiqamətlərindən biri kimi də əlilliyi olan şəxslərin özünüməşğulluğunun dəstəklənməsi işləri aparılır.

Çox fərəhli haldır ki, daha bir rayonumuz - Ağdam erməni faşizminin işğalından azad oldu və bu rayondan olan həmvətənlərimizin də yurd həsrətinə son qoyuldu. Onların sırasında xeyli sayda özünüməşğulluq proqramı iştirakçıları da var.

İndi sonsuz sevinc, qürur hissi ilə dədə-baba ocaqlarına qayıtmağa hazırlaşan həmin vətəndaşlar özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları ailə bizneslərini də Ağdama aparacaqlar. Kiçik ailə təsərrüfat və müəssisələrini öz rayonlarında genişləndirəcəklər.

Düşmən işğal etdiyi yurd yerlərimizdəki infrastrukturu vəhşicəsinə dağıdaraq yerləyeksan etsə də, artıq azad günlərinə qovuşan torpaqlarımız, o cümlədən Ağdam yenidən bərpa olunacaq, dirçələcək, abadlaşacaq. Həmin bölgələrdə sosial-iqtisadi həyat yenidən canlanacaq, inkişaf edəcək.

Özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfat və müəssisələr də bu prosesə öz töhfəsini verəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM