Alternative content

21:08 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BTC-nin 4595 tankerlik “qara qızıl” yükü
BTC-nin 4595 tankerlik “qara qızıl” yükü
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:51 21.11.2020


Bədxahlarımıza göz dağı olan bu möhtəşəm kəmər fəaliyyətini uğurla davam etdirir


Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin fəaliyyəti ahəngdarlıqla davam edir. Cari ilin 9 ayı ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 67 milyon, əsaslı xərclərə isə təqribən 20 milyon dollar vəsait xərclənib. Bu barədə kəmərin operatoru olan BP şirkəti ilin ilk üç rübünün yekunlarına aid hesabatında məlumat verib.

Uzunluğu 1768 kilometr olan BTC boru kəməri 2006-cı ilin ortalarında tam sistem kimi istismara veriləndən bəri beləcə fasiləsiz və təhlükəsiz şəkildə işləyir. Həmin vaxtdan cari ilin oktyabr ayının 1-nədək bu kəmər vasitəsilə ümumilikdə 469 milyon tondan artıq (3,52 milyard barel) xam neft nəql edilib. Bu neft həcmləri Ceyhanda 4595 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

BTC möhtəşəm kəmərdir, o, boruları torpağın altında olmaqla, üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçir. Boru kəmərinə yerüstü obyektlər sistemi də daxildir. Bu, 2 terminal, 8 nasos stansiyası, 101 siyirtmə məntəqəsindən ibarətdir. BTC-nin baş nasos stansiyası Səngəçal terminalında yerləşir. Azərbaycandakı ikinci nasos stansiyası Yevlax rayonundadır. Kəmərin Gürcüstanda da iki stansiyası var. Qalan dörd stansiya Türkiyə ərazisindədir.

BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), MOL (bu il aprelin 16-dan "Şevron” şirkətini əvəz edib - 8,9 faiz), "Ekvinor” (8,71 faiz), TPAO (6,53 faiz), "Eni” (5 faiz), "Total” (5 faiz), İTOÇU (3,4 faiz), İNPEKS (2,5 faiz), "EksonMobil” (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

Əvvəlcə gündə 1 milyon barel neft ötürmək gücündə layihələndirilən kəmərin nəqletmə qabiliyyəti sonralar 20 faiz də artırılıb. İndi BTC 1,2 milyon barel gündəlik ötürücülük gücünə malikdir.

Bu ilin ilk üç rübü ərzində BTC vasitəsilə təqribən 21,4 milyon ton (162 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub. Kəmərin daşıdığı karbohidrogenlər Ceyhanda 214 tankerə yüklənib.

Hazırda BTC ilə "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neft, "Şahdəniz” yatağından əldə olunan kondensat, müəyyən miqdarda Türkmənistan, Qazaxıstan və Rusiya nefti də nəql edilir. Regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır. Qapalı Xəzər hövzəsi və bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqəni də məhz BTC yaradıb.

BTC-nin uğurlar salnaməsi getdikcə zənginləşir. 2018-ci il mayın 30-da "Cənub qaz dəhlizi”nin açılış mərasimindəki nitqində Prezident İlham Əliyev demişdir: "2002-ci ildə artıq biz "Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.

Mütəxəssislərin fikrincə, müasir dövrdə karbohidrogenlərin nəqli üçün ən etibarlı vasitə boru kəmərləridir. Ələlxüsus da borular torpağın altında basdırılıbsa. BTC də məhz yerin altından səs-küy yaratmadan keçən, boruları möhkəm izolyasiya edilmiş etibarlı kəmərdir. O eləcə də Bosfor və Dardanel boğazlarından yan keçməklə neft daşımalarının artımına, ekoloji risklərin azalmasına kömək edir.

BTC, həmçinin bütün regiona xeyir-bərəkət gətirən kəmərdir. Birbaşa gəlirlər gətirməklə yanaşı, dolayısı ilə - kəmərboyu ərazilərdə sosial layihələr həyata keçirməklə orada yaşayan insanların güzəranına müsbət təsir göstərir.

Bütün bunları gözü götürməyən ermənilər BTC-ni və digər kəmərlərimizi hədəfə almışdılar. Hətta Səngəçəl terminalını atəşə tutacaqları ilə bizi hədələyirdilər. Onların bu mənfur niyyətləri də gözlərində qaldı.

BTC şaxtadan da qorxmur. Hazırda qış fəslinin astanasındayıq. Azərbaycanda BTC-nin keçdiyi bölgələrdə hələlik qar-çovğun olmasa da, marşrut boyu digər yerlərdə əsl şaxta hökm sürür. Lakin bunlar BTC üçün maneə törətmir. İxrac öz qaydasında davam edir.

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM