Alternative content

15:19 27 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil naziri “Microsoft” korporasiyasının rəhbərləri ilə videokonfrans keçirib
Təhsil naziri “Microsoft” korporasiyasının rəhbərləri ilə videokonfrans keçirib
ANA SƏHİFƏ / Təhsil
18:15 20.11.2020

Təhsil naziri Emin Əmrullayev "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito və korporasiyanın Avropa üzrə regional təmsilçiləri ilə videokonfrans keçirib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, videokonfrans zamanı Azərbaycanda qısa müddət ərzində yaradılan və ölkədə ən böyük milli onlayn platforma olan "Virtual məktəb” layihəsinin uğurlu nəticələri, layihə çərçivəsində əməkdaşlığın genişləndirilməsi və sistemdə toplanılan məlumatlar əsasında təhsil sahəsində qərarvermənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın distant təhsil sahəsində təcrübəsinin digər ölkələrlə bölüşülməsi də müzakirə mövzusu olub.

Görüşdə işğaldan azad olunan ərazilərdə yeni qurulacaq təhsil müəssisələrində müasir texnologiyaların tətbiqi, "Microsoft” məzmunun müəllimlərin ixtisasartırılması və hazırlanmasında tətbiqi, süni intellekt və bulud texnologiyalarının tətbiqi, valideynlər üçün distant təhsil üzrə təlimlərin təşkilindən bəhs edilib.

"Microsoft” lisenziyalaşdırması üzrə növbəti illərdə şirkətlə əməkdaşlıq məsələsi da müzakirə olunub.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM