Alternative content

15:17 27 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşğaldan azad olunmuş Ağdam şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri
İşğaldan azad olunmuş Ağdam şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:04 20.11.2020

27 ildən sonra Ağdam rayonunun Ermənistan tərəfindən işğalına son qoyuldu.

"Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın qədim, füsunkar gözəlliyi olan Ağdam şəhərinin işğaldan azad olunduqdan sonra "Azersky” peyki ilə çəkilmiş təsviri təqdim edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik məharəti və ordumuzun hərbi gücü sayəsində Ağdam rayonu özünün əsl sahibinə – Vətənimizə qayıtdı.

Ermənistanın Ağdam rayonunun ərazisində istər infrastruktur, istərsə də ekologiya ilə qəddarcasına rəftarı bir daha erməni vandalizmini əyani şəkildə sübut edir.

İşğal dövrü ərzində Ağdam rayonundakı "Cümə məscidi”, "Şahbulaq qala kompleksi”, türbələr, "Çörək muzeyi” və digər unikal eksponatlar ermənilər tərəfindən dağıdılıb, Ağdam şəhəri yerlə-yeksan olunub.

Ağdam rayonunun landşaftı, kommunikasiya şəbəkəsi erməni barbarlığının qurbanına çevrilib, rayonun turizm infrastrukturu da tamamilə məhv edilib.

Bu gündən etibarən isə artıq Ağdam azaddır!

Biz qalib gəldik! Ağdam Azərbaycandır! Qarabağ Azərbaycandır!





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM