00:46 28 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:26 28.01.2021

BİLDİRİŞ


00:26 28.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sərhəd rayonların işğaldan azad edilməsi İran-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni perspektivlər açıb
ANA SƏHİFƏ / TƏHSIL
16:42 19.11.2020

İranın IRNA xəbər agentliyinin saytında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonlarının azad edilməsi və hərbi əməliyyatların başa çatması ilə bağlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə regionun gələcək inkişafına toxunulub. Diqqətə çatdırılıb ki, regionun bir dövləti olaraq İran sərhədlərində sülhün və əmin-amanlığın hökm sürməsində maraqlıdır. İran hərbi əməliyyatların yekunlaşmasını region üçün əməkdaşlıq və inteqrasiya imkanlarının yaranması kimi dəyərləndirir.

Qeyd olunub ki, işğaldan azad edilən Füzuli, Cəbrayıl və Zəngilan rayonları İran ilə 130 kilometrlik sərhədə malikdir. Artıq bu rayonlar Azərbaycanın nəzarətindədir. Yaxın gələcəkdə bu ərazilərdə İran ilə Azərbaycan arasında gömrük-keçid məntəqələri yaradılacaq ki, bu da iqtisadi-ticarət əlaqələrinin inkişafına səbəb olacaq. Bu fakt hər iki qonşu dövlətin qarşılıqlı faydalı əməkdaşlığı üçün yeni perspektivlər vəd edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM