Alternative content

19:49 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevin təmin etdiyi şanlı Qələbə
İlham Əliyevin təmin etdiyi şanlı Qələbə
ANA SƏHİFƏ / SİYASƏT
02:09 15.11.2020


Tarixinin ən güclü dövlətinə çevrilməsi və müstəqil siyasət yürütməsi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını şərtləndirən amillərdir


İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev dövlətçiliyimizin ən şərəfli səhifələrindən birini yazdı. 18-ci əsrdən etibarən əsarətə məruz qalan xalqımız bu qalibiyyətlə son 200 illik dövrdə ilk dəfə olaraq işğal altına düşmüş torpaqlarını güc yolu ilə azad etdi.


Nümunəyə çevrilən zəfər


Öz haqqını qorumaq, pozulmuş hüquqlarını təmin etmək bugünkü ziddiyyətli və dəyişkən beynəlxalq münasibətlər sistemində hər dövlətə nəsib olan imkan deyil. Yaxın, uzaq coğrafiyamızda kifayət qədər ölkə göstərmək olar ki, haqsız şəkildə təzyiq və təsirlərə məruz qalıb, ərazi bütövlüyü pozulub, vətəndaşları hansısa xarici maraqların qurbanına çevrilib. Ələlxüsus güc amilinin beynəlxalq hüquqdan önə keçdiyi indiki şəraitdə bir çox dövlət beynəlxalq ictimaiyyətin laqeyd münasibətinin formalaşdırdığı vəziyyətlə sadəcə barışmalı olub.

1990-cı illərin əvvəllərində torpaqları işğal olunan Azərbaycan da bu taleyi yaşamışdı. Sonrakı illərdə aparılan danışıqlar elə beynəlxalq ictimaiyyətin laqeyd münasibətinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səmərəsiz fəaliyyətlərinin yekunu olaraq nəticəsiz qalmışdı. Amma Azərbaycan dövləti bu illərdə heç vaxt həmin vəziyyətlə barışmamış və istənilən yolla torpaqlarını işğaldan azad edəcəyini bəyan etmişdi. Artıq zaman yetişdi və Ordumuz 44 gün ərzində işğal altında olan rayonlarımızın böyük bir qismini, Qarabağın ürəyi Şuşanı azad etdi. Azərbaycan öz qələbəsi ilə həm də Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Ermənistanın kapitulyasiyasının təsdiqi olan bəyanata əsasən bu gün Kəlbəcər rayonu Azərbaycan Ordusunun nəzarətinə keçir. Noyabrın 20-dək Ağdam, dekabrın 1-nə qədər isə Laçın rayonundan işğalçı qüvvələrin qalıqları çıxarılacaq.

Bu qələbə ilə bağlı çox danışılacaq. Üstündən illər, onilliklər, hətta yüzillər ötsə də, Azərbaycanın bu tarixi qalibiyyətinə müraciət ediləcək, bir dövlətin, bir xalqın öz haqq işi uğrunda mübarizəsi bütün dünyada nümunə kimi göstəriləcək. Bu qələbə həm də tədqiq ediləcək və böyük olmayan dövlətin belə möhtəşəm uğura nail olmasının səbəbləri tarix boyu ciddi öyrəniləcək, araşdırılacaq.


Qüdrətli Azərbaycan


Ötən ay Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 17 ili tamam oldu. Bu dövrün respublikamızda hansı dəyişikliklərlə əlamətdar olduğu 17 ilin siyasi, iqtisadi və sosial mənzərəsinin fonunda olduqca aydın görünür. Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davamı, eyni zamanda bu siyasətin dövrün çağırışlarından irəli gələrək zənginləşdirilməsi Azərbaycanı tarixinin ən inkişaf etmiş, ən güclü dövlətinə çevirdi.

Bugünkü Azərbaycanla nəinki müstəqilliyimizin ilk illərinin, heç 10 il əvvəlin Azərbaycanı arasında fərq müqayisəolunmazdır. İlham Əliyevin düşünülmüş, əsaslandırılmış siyasəti nəticəsində dövlətimiz hər il əvvəlki ildən daha möhtəşəm nailiyyətlərə imza atır.

2005-ci ildən öz neftini Avropaya çatdıran Azərbaycan indi Xəzərdən hasil edilən mavi qazı dünya bazarlarına çıxarır. Məhz respublikamzın təşəbbüsü və maliyyəsi ilə Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilib. Hazırda bu dəmir yolu tranzit şəbəkələrinin genişləndirilməsi ilə bağlı beynəlxalq razılaşmaların prioritet infrastrukturudur. Ümumiyyətlə isə son illərdə yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi nəticəsində Azərbaycan həm Qərb-Şərq, həm Şimal-Cənub istiqamətlərində regionun ən aparıcı tranzit qovşağına çevirilib. Bu gün Çindən Avropaya və əks istiqamətə yüklərin daşınmasının ən sürətli və ən etibarlı yolu məhz Azərbaycandan keçir.

İlham Əliyevin inkişaf siyasətinin nəticəsi kimi Azərbaycan həm də kosmik klubun üzvüdür. Son illərdə fəzaya göndərilən üç peykimiz ölkəmizin inkişafına, maliyyə gəlirlərinin artmasına mühüm töhfələr verir.

Siyasi sahəyə gəldikdə, bir neçə il əvvəl respublikamızın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi müstəqillik tariximizin ən böyük hadisələrindən biri oldu. Müstəqilliyinin bərpasının cəmi 20-ci illiyində Azərbaycan əksər ölkələrin nail olmadığı bu siyasi uğura imza atdı. İki il müddətində ölkəmiz beynəlxalq gündəmin müəyyən edilməsində əsas rol oynadı, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına layiqli töhfələr verdi.

Respublikamızın başqa bir beynəlxalq uğuru Bakının beynəlxalq tədbirlər mərkəzinə çevrilməsidir. Artıq neçə illərdir dünya ictimaiyyətini düşündürən siyasi, humanitar və digər məsələlər Bakıda müzakirə olunur. "Bakı prosesi” bütün dünyanın maraqla izlədiyi beynəlxalq platformadır. Hətta ABŞ-Rusiya və NATO-Rusiya hərbi məsləhətləşmələri neçə ildir Bakıda keçirilir.


Milli maraqlarımızı layiqincə təmin edən kurs


Azərbaycanı tarixin ən güclü dövlətinə çevirən səbəblər isə müstəqil siyasətin təzahürləri kimi çıxış edən faktorlardır. Müstəqillik yalnız müstəqil dövlətə sahib olmaq deyil. Müstəqilllik həm də dövlətin yürütdüyü siyasətdə, onun beynəlxalq münasibətlərdə sərbəst olması deməkdir.

Bütün dövlətlər dünya birliyinin fəal subyekti olmaq istəyir, milli maraqlarına cavab verən siyasət həyata keçirməyə çalışır. Lakin reallıq ondan ibarətdir ki, hər dövlət qlobal nüfuza imkan verən bu cür keyfiyyətlərə nail ola bilmir. Çox uzağa getmədən, elə Ermənistanın timsalında bunu görmək mümkündür. İllər öncədən bu ölkədə iqtisadiyyat kənar dövlətlərdən asılı vəziyyətə salınıb. Bölgədəki təcavüzkarlıq siyasəti səbəbindən həm də siyasi sferada, o cümlədən xarici siyasətdə kənar diktələri qəbul etməyə məcbur olub. İşğalçılıq siyasəti, qonşulara qarşı sərsəm ərazi iddialarından əl çəkə bilməməsi səbəbindən həmişə vassal kimi qalmağı qəbul edib.

Azərbaycan isə tamamilə fərqli siyasi və iqtisadi reallıqlar şəraitində inkişaf edir. Prezident İlham Əliyev tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yürüdür. Elə bir beynəlxalq müzakirə mövzusu yoxdur ki, Azərbaycan atdığı addımı hansısa dövlətin siyasi və ya iqtisadi maraqlarına uyğunlaşdırsın. Respublikamız bütün məsələlərdə özünün qətiyyətli və cəsarətli mövqeyini ortaya qoyur. Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin regional, beynəlxalq mövqelərini davamlı olaraq gücləndirir. Milli maraqları təmin edən siyasət yürütməsi müstəqilliyinin 30-cu ilini yaşayan respublikamızı beynəlxalq nüfuz baxımından xarakterizə edən əsas keyfiyyətlərdən biridir.

Eyni zamanda Azərbaycanın öz torpaqları uğrunda inamla savaşa başlaması da müstəqil siyasətin təzahürüdür. İlham Əliyevin sürətlə inkişaf etdirdiyi, möhkəmləndirdiyi respublikamızın uğurlu hərbi əməliyyatları da güclü dövlətin ortaya qoyduğu reallıq idi. Prezident

İlham Əliyev 44 gün ərzində beynəlxalq təzyiqləri layiqincə dəf etdi. Ən əsası, Ali Baş Komandan bir daha bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz. Beləliklə, həm tarixinin ən güclü dövlətinə çevrilməsi, həm də tam müstəqil siyasət yürütməsi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını şərtləndirən əsas amillər oldu.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM