Alternative content

20:50 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ULU ÖNDƏRİN DAHA BİR MÜQƏDDƏS VƏSİYYƏTİ YERİNƏ YETİRİLDİ
ULU ÖNDƏRİN DAHA BİR MÜQƏDDƏS VƏSİYYƏTİ YERİNƏ YETİRİLDİ
ANA SƏHİFƏ / SİYASƏT
01:17 13.11.2020

Ulu Öndərimizin daha bir müqəddəs vəsiyyəti yerinə yetirildi!
Şuşa düşmən işğalından azad edildi!
Şuşa bizimdir!
Qarabağ Azərbaycandır!
Bu dövlətimizin qələbəsidir!
Bu xalqımızın qələbəsidir!
Bu ordumuzun qələbəsidir!
Dövləti bu qələbəyə İlham Əliyev gətirdi!
Xalqı bu qələbəyə İlham Əliyev səfərbər etdi!
Ordunu bu qələbəyə İlham Əliyev hazırladı!
Bu qələbənin şəriksiz və şəksiz qəhrəmanı da məhz cənab İlham Əliyevdir!

***

Şuşa qədim mədəniyyət mərkəzdir!
Şuşa ədəbiyyatımızın, musiqimizin, mənəviyyatımızın beşiyidir!
Şuşa şəhərlərimizin gözəli, dünya şəhərlərinin incisidir!
Şuşa xalqımızın sevgi ünvanı, ülviyyət məkanıdır!
Şuşanın işğalı sinəmizə çəkilən çalın-çarpaz dağ idi!
Şuşanın işğalı arxadan kürəyimizə saplanan bıçaq idi!
Şuşanın işğalı bir millət olaraq məğlubiyyətimiz idi!
Əslində Şuşa çirkin oyunların qurbanı oldu!
Şuşa vəzifəni qeyrətindən, pulu şərəfindən yüksək tutanların qurbanı oldu!
Şuşa "daqqa papaq” qoyanların xəyanətinin qurbanı oldu!
Şuşa hakimiyyət uğrunda aramsız mübarizənin qurbanı oldu!
Şuşa ölkədə sabitliyin pozulmasının, qarşıdurmanın, Vətən uğrunda, milli maraqlar naminə birləşə bilməməyimizin qurbanı oldu!
Beləliklə, Şuşanı itirdik!
Uzun müddətə itirdik!
Ağrıya-ağrıya, ağlaya-ağlaya itirdik!

***

Düşmən Şuşanın dəyərini yaxşı bilirdi!
Ona məxsus olmasa da, özününküləşdirməyə çalışırdı və bu istiqamətdə nə bacarırdısa, edirdi!
Adını dəyişdirdi...
Xalqımıza məxsus tarixi, mədəni abidələri varvarcasına məhv etdi...
Qədim erməni şəhəri adı ilə dünya turizm mərkəzinə çevirməyə çalışdı...
Qondarma qurumun qondarma parlamentini Şuşaya köçürmək istədi...
Şuşanı qondarma "Dağlıq Qarabağ Respublikasının” paytaxtına çevirmək niyyətinə düşdü...
Ermənistanın qudurmuş rəhbərləri tez-tez Şuşaya gəlir, bizə acıq verən tədbirlər keçirir, şəhəri özününküləşdirdiklərini nümayiş etdirirdilər...
Quduran isə qırx gün gedər - demişlər.

***

Biz hamımız Şuşanın qaytarılmasını istəyirdik!
Biz hamımız tezliklə Şuşaya qovuşmaq istəyirdik!
Təəssüf ki, bəzən istəklə, arzu ilə reallıq arasında məsafə çox uzun olur, çox!
Xalqımızı bu istəyinə Ali Baş Komandan cənab İlham Əliyev qovuşdurdu!
Uzun illər yorulmadan, dayanmadan, məqsədyönlü şəkildə mübarizə aparmaqla!
Bu mübarizə asan deyildi!
Biz bizdən güclülərlə çarpışmalı olurduq!
Bu mübarizədə qalib gəlməkdən ötrü İlham Əliyev mümkün olmayanları belə gerçəkliyə çevirdi!
Ölkəyə rəhbərlik etdiyi 17 ildə Azərbaycanı iqtisadi cəhətdən gücləndirmək üçün ardıcıl addımlar atdı, beynəlxalq layihələri gerçəkləşdirərək ölkəmizin maraqları ilə dünyanın aparıcı dövlətlərinin maraqlarını uyğunlaşdırdı.
Zəngin karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaran Azərbaycan bundan böyük faydalar götürdü, iqtisadi imkanlarını genişləndirdi.
Beləliklə, iqtisadiyyatın digər sahələrinin inkişafına da şərait yarandı.
Azərbaycan həm də əməkdaşlıq etdiyi ölkələr hesabına özünə yeni dostlar da qazandı.
İqtisadiyyatın güclənməsi güclü ordu qurmağa, onu ən müasir silahlarla silahlandırmağa imkan verdi.
Dost ölkələr bu işdə bizə yaxından kömək göstərirdilər.
Prezident İlham Əliyevin hücum diplomatiyasına keçidə start verməsi, beynəlxalq qurum və təşkilatlarda səmərəli iş aparması haqq işimizin dəstəkləyənlərin sayını xeyli artırdı.
Ermənistanın yeni rəhbərliyi "Qarabağ Ermənistandır, nöqtə” deməklə sülh danışıqlarını mənasız etdi!
Üstəlik işğalçı ölkə bir qədər də irəli gedərək "yeni ərazilər uğrunda yeni müharibə” hədəsi ilə Azərbaycanı təhdid etməyə başladı.
Düşmənin növbəti təxribatına isə Azərbaycan əks-hücumla cavab verdi!
Beləliklə, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda ikinci Qarabağ müharibəsi başladı.

İlk günlərdə Ermənistan da, bütün dünya da Azərbaycan Ordusunun qüdrətini, yeni taktika ilə uğurla döyüşdüyünü gördü.
Amma düşmən yenə sülhə gəlmək istəmir, müharibəni beynəlmiləlləşdirməyə çalışırdı!
Ali Baş Komandan İlham Əliyev "Şuşasız qələbəmiz yarımçıq olar” söyləyərək ordumuzun bütün torpaqlarımızı azad etmək qətiyyətini ortaya qoydu!
Xalq Prezidentimizə güclü dəstək verdi, yumruq kimi onun ətrafında birləşdi!

Əsgər və zabitlərimiz qəhrəmanlıqla döyüşərək bir-birinin ardınca şəhər, kənd və qəsəbələrimizi işğaldan azad etməyə başladı.
Növbə Şuşaya da çatdı!
Ali Baş Komandanın rəhbərliyi ilə bu qədim şəhər də düşmən əsarətindən qurtuldu!

***

Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun parlaq qələbəsidir!
Bu həm də əsgər və zabitlərimizin ən çətin şəraitdə, dağlıq ərazidə də uğurlu döyüş əməliyyatı apardıqlarının əyani göstəricisidir.
Şuşanın alınması Qarabağ uğrunda döyüşlərin yeni mərhələsinə keçid deməkdir!
Xalqımız bu möhtəşəm Qələbəni elliklə, kütləvi şəkildə bayram etdi!
Düşmən isə yasa batdı.
Qalib ordunun Ali Baş Komandanı
İlham Əliyev də bu tarixi qələbə münasibətilə Azərbaycan xalqına müraciət etdi.
Həmin müraciətdə xalqı təbrik etməklə yanaşı, hər birimizin ürəyindən keçənləri də ifadə etdi:

"Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!”

Bəxtiyar SADIQOV






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM