22:29 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərişıq” ASC Şamaxı rayonunda 110/35/10 kV-luq Şamaxı yarımstansiya ilə yeni tikilmiş 35/ 10 kV-luq Yeni yarımstansiya arasında 35 kV-luq iki dövrəli ÖİN kabel xəttinin tikintisi işlərinin satın alınması məqsədilə açıq tender elan edir
ANA SƏHİFƏ / ELANLAR
00:13 13.11.2020

Tender 2 (iki) LOT üzrə keçirilir:

LOT-1: Şamaxı rayonunda 110/35/10 kV-luq Şamaxı yarımstansiya ilə yeni tikilmiş 35/10 kV-luq Yeni yarımstansiya arasında 35 kV-luq iki dövrəli ÖİN kabel xəttinin tikintisi işlərinin satın alınması (1-ci mərhələ) - 1000 manat

LOT-2 Şamaxı rayonunda 110/35/10 kV-luq Şamaxı yarımstansiya ilə yeni tikilmiş 35/10 kV-luq Yeni yarımstansiya arasında 35 kV-luq iki dövrəli ÖİN kabel xəttinin tikintisi işlərinin satın alınması (2-ci mərhələ) - 1000 manat

"Azərişıq” ASC

Hesab: AZ83AIIB33020029441802068118

VÖEN: 9900069391

Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı

Kod: 200189

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

SWIFT Code: AIIBAZ2X

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev, 130 ünvanında yerləşən "Azərişıq” ASC-nin inzibati binasından ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs - Namiq Heybətov, telefon: (012) 440-39-93 (daxili 92-19).

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (https://etender.gov.az/).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 04 dekabr 2020-ci il saat 16:00-a qədər, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 14 dekabr 2020-ci il saat 16:00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi, 130 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 15 dekabr 2020-ci il saat 16:00-da Mirzağa Əliyev küçəsi, 130 ünvanında "Azərişıq” ASC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası




NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM