20:47 12 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azercell” həmvətənlərimizlə qələbə sevincini bölüşür
ANA SƏHİFƏ / ELANLAR
00:25 12.11.2020


2020-ci il noyabr ayının 10-u bütün Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu. Şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik Vətən həsrətinə son qoydu.

Ölkəmizin tarixində yeni səhifə açan bu möhtəşəm qələbə münasibətilə "Azercell Telekom” bütün Azərbaycan xalqını ürəkdən təbrik edir.

"Azercell Telekom”un hazırda ən əsas vəzifəsi və məqsədi xəritəmizdə, nəhayət ki, tam olaraq öz mövqeyini bərpa edən ərazilərdə sürətli şəkildə, tam gücü ilə 4G şəbəkəsinin genişləndirilməsinə təkan vermək və Qarabağ torpaqlarına qayıdacaq əhalini ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətləriylə təmin etməkdir.

Qeyd etmək yerinə düşər ki, döyüşlərin getdiyi bir aydan artıq bir müddətdə gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, "Azercell” əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanılıb. Belə ki, son göstəricilərə əsasən, onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100 faiz cavablama göstəricisinə qədər yüksəlib.

Həmvətənlərimiz arasında həmrəylik və qələbə ruhunun yüksək səviyyədə saxlanılması, eləcə də Qarabağ mədəniyyətinin zəngin irsinə hörmət əlaməti olaraq "Azercell” şirkəti tərəfindən sosial mediada #gəlirik şüarlı sosial kampaniya keçirilmiş və izləyicilər arasında böyük əks-səda yaratmışdır. Belə ki, #gəlirik kampaniyasının Şuşaya həsr edilmiş videosu brendlər arasında sosial şəbəkələrdə Azərbaycan üzrə ən bəyənilən (120 mindən çox reaksiya) və ən paylaşılan (13 mindən çox paylaşım) videosu oldu: https://www.facebook.com/azercell/posts/101581;/93722528303

Qeyd edək ki, döyüşlərin getdiyi ilk günlərdən "Azercell” şirkəti Milli Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb. Bundan əlavə, cəbhə bölgələrinə ezam edilmiş bütün media əməkdaşlarına və erməni təxribatına məruz qalmış Bərdə və Gəncə şəhərlərinin sakinlərinə də şirkət tərəfindən rabitə dəstəyi göstərilib.

"Azercell Telekom” bundan sonra da ölkəmizin əmin-amanlığı və sosial-iqtisadi inkişafı, bütün Vətən torpaqlarında mükəmməl rabitənin qurulması istiqamətində səylərini var gücü ilə davam etdirəcək.

Qələbəmiz mübarək olsun!

Qarabağ Azərbaycandır!


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM