Alternative content

20:12 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rasionunuza balqabaq əlavə etməyin 7 faydalı səbəbi
Rasionunuza balqabaq əlavə etməyin 7 faydalı səbəbi
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:39 04.11.2020

Balqabaq sellüloz, vitamin və minerallarla, həmçinin sağlamlığın möhkəmlənməsinə kömək edən güclü antioksidləşdiricilərlə zəngindir.

AZƏRTAC "MedikForum” saytına istinadən balqabağın sağlamlıq üçün faydalı olan 7 üstün cəhətlərindən bəhs edir.

Yüksək səviyyədə S vitamini ilə zəngin olan balqabağın həm toxumları, həm də ləti immun sistemini möhkəmləndirir. Bu mikroelement immun sisteminin sağlamlığı üçün çox vacibdir. Mütəxəssislərin fikrincə, balqabaqdakı yüksək dərəcəli faydalı keyfiyyətlər müxtəlif xroniki xəstəliklərin riskini azaldır.

Qeyd edək ki, balqabaq, qanı sağlamlığa səbəb ola biləcək zərərli maddələrin təsirindən qoruyaraq qaraciyərin təmizlənməsinə kömək edir. Balqabağın tərkibindəki karotinoid adlanan zəngin bitki birləşmələri qaraciyərin təmizliyini və sağlamlığını qoruyur.

A vitamininə çevrilən beta-karotinlərin, antioksidantların əla mənbəyi sayılan balqabaq görmə qabiliyyətini tənzimləyir. Qeyd edək ki, A vitamini gözün aydın görməsi və sağlamlığı üçün çox vacibdir.

Balqabaq, həmçinin çəkinin azalmasına imkan yaradır. Onun tərkibindəki sellüloz maddələr nəcisin həcmini artıraraq qəbizliyin qarşısını alır. Onu da qeyd edək ki, balqabağın tərkibində sellüloz maddələrin yüksək dərəcədə olması səbəbindən balqabaq yeyəndən sonra uzun müddət aclıq hiss olunmur.

Orqanizmdə kollagenin həcmini artıran S vitamini dərinin sağlamlığını yaxşılaşdırır. Sözügedən zülalın bədəninizdə yüksək səviyyədə olması dərinizin parlaq qalmasına kömək edir.

Kalium və yüksək qan təzyiqinin qarşısını ala bilən natrium maddələri ilə zəngin olan balqabaq ürəyin sağlam qalması üçün çox faydalıdır. Məlumdur ki, yüksək qan təzyiqi ürək xəstəliyi riskini artırır.

Karbohidratların balqabağı doyumlu etmələrinə baxmayaraq, o qanda şəkərin səviyyəsini aşağı salır. Balqabaq şəkərli diabet xəstələrində insulin resistentliyini yaxşılaşdırır və xəstəliyin inkişafını ləngidir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM