17:28 30 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
11:39 30.07.2021 Şuşanın dağları
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Milli Məclisinin Sədri Pakistan Milli Assambleyanın Sədrinə məktub ünvanlayıb
ANA SƏHİFƏ / SİYASƏT
10:26 30.10.2020

Sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasından sonra Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının və Senatının sədrlərinə erməni təcavüzünün və işğalının qətiyyətlə pislənilməsi və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı müraciət etmişdi.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 28-də bu müraciətə cavab olaraq Pakistan İslam Respublikası Milli Assambleyasının plenar iclasında Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə qəbul edilib. Qətnamə deputat, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib. Bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysərə məktub ünvanlayıb.

Sahibə Qafarova məktubda Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri adından və öz adından başda Əsəd Qeysər olmaqla Pakistan Milli Assambleyasının bütün üzvlərinə dərin təşəkkürünü bildirərək, Pakistan parlamentinin belə bir qətnamə qəbul etməsini yüksək qiymətləndirib, ədalətin təntənəsi olan bu təşəbbüsün reallaşmasını alqışlayıb.

Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Pakistan İslam Respublikası ilə mövcud sıx əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinə mühüm əhəmiyyət verir. Bildirilib ki, ölkələrimizin parlamentləri arasında əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi xalqlarımız arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edəcəkdir. Pakistan İslam Respublikası xalqımızı narahat edən məsələlərdə daimi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu mənada, 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə bağlı qardaş Pakistanın ortaya qoyduğu qətiyyətli mövqe xüsusi vurğulana bilər. Pakistan Milli Assambleyasının qəbul etdiyi sonuncu qətnamə də Azərbaycan Respublikasının erməni təcavüzünə qarşı həyata keçirdiyi və ərazi bütövlüyünün bərpa edilməsinə yönəlmiş əks-hücum əməliyyatına mühüm bir dəstəkdir.

"Müasir beynəlxalq münasibətlərdə parlament diplomatiyasının artan rolunu nəzərə alaraq hesab edirik ki, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə bu təcavüzün aradan qaldırılmasında parlament meyarının tətbiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə məktubda qeyd olunur.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM