Alternative content

02:16 06 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
01:07 06.12.2020 KİMDİR GÜNAHKAR?!
01:05 06.12.2020 Məğlubların faciəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanın Azərbaycana raket hücumlarına etiraz məqsədilə Cenevrədə aksiya keçirilib
Ermənistanın Azərbaycana raket hücumlarına etiraz məqsədilə Cenevrədə aksiya keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
09:02 30.10.2020

İsveçrədə yaşayan Azərbaycan icmasının nümayəndələri erməni təxribatına və işğalçı Ermənistan ordusunun ölkəmizin cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarını ağır artilleriya atəşinə tutmasına etiraz olaraq Cenevrə şəhərindəki Millətlər sarayının qarşısında dinc aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının və "Azərbaycanın Dostları” cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan icmasının təmsilçiləri ilə yanaşı, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının üzvləri və Fransada yaşayan azərbaycanlı gənclər də iştirak ediblər.

Dövlət himnimizin səsləndirilməsindən sonra çıxış edən Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov işğalçı Ermənistan ordusunun ölkəmizin ərazisində törətdiyi qanlı cinayətlər və terror aktları barədə məlumat verib.

Terror qurbanlarının şəkilləri önünə güllər düzərək onların xatirəsini yad edən soydaşlarımız Gəncə və Bərdə şəhərlərində mülki vətəndaşların, xüsusilə uşaqların həlak olmasından dərin təəssüf hissi keçirdiklərini bildiriblər.

Aksiyada "Erməni işğalına son!”, "Azərbaycan ədalət tələb edir!”, "Biz terrora yox deyirik!”, "Qarabağ Azərbaycandır!”, "İşğalçı dövlətə dəstəyi dayandırın!” şüarlarının əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmamasını bir daha ictimaiyyətin diqqətinə çatdırıb, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları erməni terroruna son qoymağa, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıblar.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM