Alternative content

16:25 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Erməni işğalının sonu yaxınlaşsa da, yalanlarının sonu görünmür
Erməni işğalının sonu yaxınlaşsa da, yalanlarının sonu görünmür
ANA SƏHİFƏ / SİYASƏT
01:36 30.10.2020


Cəbhədə müharibə gedir, əsgərlərimiz zəfər dalınca zəfər qazanır. Bununla yanaşı, informasiya sahəsində də mübarizə səngimir. Savaş meydanında olduğu kimi, informasiya sahəsində də erməni tərəfi nə əxlaq normalarını, nə də beynəlxalq hüququ tanıyır. Ermənistanın baş naziri N.Paşinyanın "Rossiya 1” telekanalına verdiyi müsahibəsində bunun bir daha şahidi olduq.

Şahidi olduq ki, yaşadığı acı hərbi və siyasi məğlubiyyətdən isterikaya düşən bu zavallı nə danışdığını bilmir. Türk qardaşlarımız demişkən, "bu adam əməlli-başlı çıldırmış”. Yəni dəli olub. Müsahibədə guya Türkiyənin və Azərbaycanın Yaxın Şərqdən gətirilən terrorçulardan istifadə etdiyini bildirir. Üstəlik də bəyan edir ki, bu, beynəlxalq qaydalara ziddir.

Guya bunu heç kim bilmirmiş. Amma ağ yalandır axı... Paşinyan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbirincə desək, "yalan makinası kimi yalan üyüdür”. Sonra da etiraf edir ki, onlar tərəfdə də xarici ölkə vətəndaşları vuruşur. Ancaq bu əcnəbilər ermənidir, belə çətin anda soydaşlarının köməyinə gəliblər.

Amma bu zaman unudur ki, mövcud beynəlxalq qanunlarda və bir çox dövlətlərin milli qanunvericiliyində bir ölkənin vətəndaşının digər ölkə ərazisində döyüşməsi cinayət sayılır. Üstəlik, bundan istifadə edən ölkələr də məsuliyyət daşıyır. Amma nə olsun?! Ermənilər daim beynəlxalq güclər tərəfindən himayə olunduğu üçün bu gün heç bir beynəlxalq qanun tanımır. Hətta o dərəcədə ki, onlarda belə bir rəy formalaşıb: ermənisənsə, nə istəsən edə bilərsən.

Bu arada Rusiya xüsusi xidmət orqanlarının ölkə ərazisində terror aktı törətmək istəyən bir qrupu zərərsizləşdirməsi barədə məlumat yayıldı. O dəqiqə də Nikol Paşinyan bu işdə Azərbaycanı və Türkiyəni günahlandırdı. Təbii ki, yenə də dəlil-sübutsuz. Guya həmin terrorçular Türkiyə tərəfindən Azərbaycan vasitəsilə Rusiya Federasiyasının ərazisinə göndərilib.

Vallah, adam yazmağa söz, ifadə tapmır. Gərək nə qədər həyasız olasan ki, günün günorta çağı bu dərəcədə yalan danışasan. Xüsusən də həqiqəti Rusiya hüquq-mühafizə orqanlarının yaxşı bildiyi halda. N.Paşinyanın sözügedən müsahibəsinə baxanda faşist Almaniyasının təbliğat naziri Göbbelsin bir fikri yada düşür: "Sən düşməninə ləkə at, özü qalmasa da, izi qalacaq”. Göbbelsin nəzəriyyəsindən ermənilər uzun illərdir ki, gen-bol istifadə edirlər, hətta bu vaxt şeytanın ağlına belə gəlməyən üsullara əl atırlar.

Dünyanın bəzi kütləvi informasiya vasitələri bu cür yalanlardan məharətlə bəhrələnməyə çalışırlar. İndi həmin KİV Azərbaycanda əcinə (terrorçu) ovuna çıxıblar. Lakin tapa bilmirlər, çünki yoxdur, çinlilər demiş, "Qara pişiyi qaranlıq otaqda tapmaq çətindir, xüsusən də o, orada yoxdursa”.

Ermənistan isə utanıb qızarmadan terrorçulardan istifadəni "qanuniləşdirib”, yəni Dağlıq Qarabağdakı "ordu”nun təkmilləşdirilməsi haqqında qəbul etdiyi "qanun”da muzdlulardan, yəni terrorçulardan istifadəni rəsmiləşdirib. Bu, adamda ikrah dolu gülüş yaradır. Atalar sözümüzdə deyildiyi kimi: "Özünə umac ova bilmir, başqasına əriştə kəsir”. Onlara deyən lazımdır ki, əvvəlcə Ermənistanda bir əməlli-başlı ordu yaradın, sonra Dağlıq Qarabağdakı ermənilərin qeydinə qalın.

İndi ermənilərin bu ədalətsizliyinin, azğınlığının sonu gəlib. Azərbaycan əsgərinin qürur mənbəyimiz olan üçrəngli bayrağımızı Qarabağın bütün yaşayış məntəqələrinə, yüksəkliklərinə sancmasına çox qalmayıb. Ancaq bundan sonra da Paşinyanın həqiqəti dərk edəcəyinə inam yoxdur. Çünki yaxın zamanda onun siyasət meydanında olacağının özü şübhə doğurur. Belə halda isə onun nəyi dərk edib-etməməsinin heç bir əhəmiyyəti qalmır.

Rüstəm KAMAL,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM