Alternative content

13:22 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev: “Biz Böyük Qayıdış ərəfəsindəyik”
Prezident İlham Əliyev: “Biz Böyük Qayıdış ərəfəsindəyik”
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:29 30.10.2020


İşğaldan azad edilən bölgələrimizə yollar, işıq və qaz xətləri çəkilir


Erməni vandalları işğal etdikləri Azərbaycan torpaqlarındakı şəhər və kəndləri 30 ilə yaxın vaxt ərzində söküb-dağıtmış, çapıb-talamışlar. Bu bir daha göstərir ki, onlar həmin yerlərdə müvəqqəti olduqlarına əmin idilər. Odur ki, heç daş üstünə daş da qoymamış, abad yaşayış məntəqələrimizi bərbad vəziyyətə salmışlar. Bununla belə müzəffər Azərbaycan Ordusunun erməni faşistlərinin tapdağından azad etdiyi və bundan sonra da düşmənin qovulacağı torpaqlarımızda həyatı yenidən canlandırmağa gücümüz, iradəmiz və maliyyə vəsaitimiz çatacaq. Bunu Prezident İlham Əliyev dəfələrlə bəyan edib.

İşğalçılardan azad edilmiş yaşayış məntələrimizdə yeni infrastrukturun qurulmasına artıq start verilmişdir. İcrasına başlanan su layihəri illərdir yolumuzu gözləyən torpağı dirçəldəcək, qurulacaq təzə evlərə aydınlıq və saflıq gətirəcək. Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC həmin ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlayıb. İlk olaraq Beyləqan Subartezian Quyularının İstismar İdarəsi Cərbayıl rayonunun Daşkəsən kəndindəki subartezian quyusunu təmir-bərpa edib. Erməni faşistlərinin yararsız hala saldığı quyu tam işlək vəziyyətə gətirilib. Onun təxminən 3-4 hektar ərazidə yerləşən binaları su ilə təmin etmək imkanı var.

Xatırladaq ki, indiyədək ümumilikdə 654 subartezian quyusu işğal altında idi. Torpaqlarımız erməni qəsbkarlarının işğalından tam azad edildikdən sonra bu quyuların hamısı bərpa olunacaq. Bu da əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa olunmasına təminat yaradacaq.

Azad edilmiş şəhər və kəndlərimizin çıraqları da gur yanacaq. Hazırda "Azərişıq” ASC həmin ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Layihə belə də adlanır: "Azərişıq” Qarabağda”.

ASC-nin əməkdaşları cəbhəboyu bölgələrdə düşmənin mülki obyektləri hədəfə alması nəticəsində baş verən qəzaların aradan qaldırılmasını və bərpa işlərini operativ şəkildə yerinə yetirirlər. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, 110, 35 və 0,4 kilovoltluq şəbəkələrin qurulması, elektrik verilişi xətlərinin çəkilməsi üzrə layihələr mərhələli şəkildə həyata keçiriləcək.

"Azərenerji” ASC isə ilkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kilovoltluq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsini və onların arasında 110 kilovoltluq elektrik verilişi xətlərinin çəkilməsini nəzərdə tutub. Bununla yanaşı, "Azərişıq” da 35 kilovoltluq yarımstansiyaların tikilməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür.

İşğaldan azad edilmiş yaşayış məntəqələrinin təbii qaz təchizatı üçün layihələndirmə də gündəmdədir. Bu məqsədlə "Azəriqaz” İstehsalat Birliyi bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb.

Qaz təsərrüfatı işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə "Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdırlar.

İşğaldan azad olunmuş ərazilərdə mobil infrastrukturun da qurulmasına başlanıb. "Bakcell” şirkəti özünün yüksək keyfiyyətli və sürətli mobil şəbəkəsini işğaldan azad olunmuş şəhər və kəndlərimizə doğru genişləndirəcək. Şirkət müvafiq dövlət qurumları ilə razılaşdırmaqla həmin ərazilərdə dayanıqlı mobil rabitə infrastrukturunun qurulmasına başlayacaq.

Bu günlərdə "Bakcell” cəbhəyanı zonalar daxil olmaqla bütün ölkə ərazisində yüksək keyfiyyətli mobil rabitəni təmin etmək üçün şəbəkənin optimallaşdırılmasını və 24 saat ərzində nəzarət işlərini həyata keçirir. Hazırda cəbhəyanı ərazilərdəki səyyar baza stansiyaları sayəsində "Bakcell” burada kəsintisiz mobil rabitə xidməti göstərir. Şirkət həmçinin ordumuza dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 500 min manat məbləğində vəsait köçürüb.

Xatırladaq ki, 2017-ci ildə "Bakcell” Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq orada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Təkmilləşdirmə çərçivəsində ilkin mərhələdə yeni baza stansiyası qurulub. Daha sonra şirkət Cocuq Mərcanlı sakinləri üçün xüsusi tarif hazırlayıb.

"Azercell Telekom” MMC də sevinclə bildirir ki, işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun qurulmasına başlayıb və orada dördüncü nəsil LTE radio baza stansiyaları quraşdırmaqdadır. Operator ölkəmizin azad edilmiş bütün tarixi ərazilərini müasir mobil şəbəkə ilə əhatə etməyə, eləcə də tezliklə öz evlərinə qayıdacaq sakinləri fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır. Beləliklə, Azərbaycanda bağlantısız heç bir nöqtə qalmayacaq!

Xatırladaq ki, Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi "Azercell”i seçir. "Azercell” nüfuzlu "STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında "İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib.

Yurd həsrətli insanlarımız, eləcə də işğaldan azad edilmiş torpaqlara qurub yaratmaq missiyası ilə qədəm qoyan strukturların nümayəndələri o yerlərə yeni çəkilmiş yollarla gedəcəklər. Bu işlərə Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasından başlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, ümumi uzunluğu 29 kilometr olan avtomobil yolları IV texniki dərəcəyə uyğun bərpa edilir.

Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Hazırda yolboyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı bərpa olunur və yeni yol əsası inşa edilir.

Prezident İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində erməni vandallarının Füzulidə illərlə törətdiyi talançılıqdan ətraflı bəhs etmişdir. Əslində isə bu, mənfur düşmənin digər kənd və şəhərlərdə yaratdığı vəziyyətin mənzərəsidir: "Müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi. Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir... Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq”.

Həmin quruculuq artıq başlanıb!

Flora SADIQLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM