Alternative content

13:33 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabirabadda fermerlər 7 min hektardan çox sahədə payızlıq taxıl səpini aparıblar
Sabirabadda fermerlər 7 min hektardan çox sahədə payızlıq taxıl səpini aparıblar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:28 30.10.2020


Ucarda isə ilkin səpin aparılan taxıl sahələrinin suvarılmasına başlanılıb


Sabirabadda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda taxıl istehsalı ilbəil artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, sabirabadlı taxılçılar ötən ilin payızında 25 min 148 hektar sahədə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 39 min 510, buğda zəmilərindən isə 64 min 378 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən ümumilikdə 103 min 888 ton məhsul əldə edərək, hər hektarın məhsuldarlığını 41,3 sentnerə çatdırıblar.

Fermer və torpaq mülkiyyətçiləri gələn il də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. "Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 7 min 656,6 hektar sahədə səpin aparıblar ki, bunun da 1905 hektarı buğda, 5 min 749 hektarı isə arpadır. Gün ərzində 200-250 hektar sahəyə toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.

Ucar rayonunda payızlıq taxıl əkini davam edir və artıq 3120 hektarda səpin aparılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, hazırda hər gün sahələrə 20 şum traktoru, 12 səpin aqreqatı çıxarılır. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkiləcək Müsüslü, Yuxarı Şilyan, Boyat, Qaradağlı və bir sıra digər ərazi dairələrində bu mühüm kampaniya daha mütəşəkkil davam etdirilir. Taxılçılar ilkin əkin aparılan sahələrdə suvarma işlərinə başlayıblar. Qısa vaxtda 189 hektar sahə suvarılıb.

Qeyd edək ki, Ucar rayonunda gələn ilin məhsulu üçün 11,5 min hektardan çox sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM