Alternative content

14:09 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:04 26.11.2020 Ağdamın xilaskarı
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zəngilanlılar yenə köçə hazırlaşırlar
Zəngilanlılar yenə köçə hazırlaşırlar
ANA SƏHİFƏ / SİYASƏT
01:25 30.10.2020


Budəfəki köçün ünvanı isə doğma yurd yerləridir


27 il əvvələ dönüb baxanda yalnız ağrı dolu günləri xatırlayırsan. Öz doğma torpaqlarını erməni təcavüzü nəticəsində tərk edən insanların düşdüyü şəraiti xatırlayanda qəsbkarların vəhşiliklərini bir daha dərk edirsən. Amma bütün bunlara baxmayaraq, içimizdəki vətən, yurd sevgisi daha da güclənib və bu inam bizi günümüzədək yaşadıb.

Zəngilan 1993-cü il oktyabrın 29-da işğal edilmişdi. Çox qəribədir ki, bu günü yaddaşlarında 27 il daşıyan zəngilanlılar məhz həmin gün ərəfəsində yurdlarının azad edilməsi xəbərini aldılar. Bütün zəngilanlılar içlərindəki həsrət yükünü sevinc hissləri ilə əvəzlədilər.

2013-cü ildə dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində Abşeron rayonunda zəngilanlı məcburi köçkünlər üçün qəsəbə salınıb. 760 ailə həmin yaşayış massivində məskunlaşıb. Rayonun icra strukturları, dövlət təşkilatları da burada fəaliyyət göstərir.

Bu gün qəsəbədə böyük sevinc yaşanır. Binaların fasadından asılan Azərbaycan və Türkiyə bayraqları məğrurluq simvolu kimi dalğalanır. Sakinlərdən biri - Almaz Osmanova sevinc gözyaşları ilə dedi:

- Köçkün həyatı bizi çox yormuşdu. 30 il az zaman deyil. Üstəlik, obadan kənarda yaşamaq ağır dərddir. Televiziyada Ali Baş Komandandan Zəngilanın azad edilməsi xəbərini eşidəndə gözlərim yaşardı. Evimizdə böyüklü-kiçikli hamı atılıb düşür, bu sevinc anını aləmə car çəkmək istəyirdi. Ordumuzun əsgərlərinin rəşadətinə biz analar qurban. Belə möhtəşəm Komandanın müzəffər də ordusu olmalıdı. Təki qələbələrimiz davamlı olsun. Qoy bütün dünya görsün ki, biz qalib olmağa layiqik. Ali Baş Komandanımızı da, əsgərlərimizi də Allah qorusun!

Bu sevinc payını paylaşmaq üçün hansı bir zəngilanlıya yaxınlaşdıqsa, öncə göz yaşı və sevinc duyğusallığı ilə üzləşdik. Tarix yazan ordumuzun zəfərini Zəngilan rayon sakini Ayna Zeynalova belə bildirdi:

- Xəbəri alan kimi içimdə yaşamaq, çalışmaq hissi daha da artdı. Ali Baş Komandan İlham Əliyevin qələbə xəbərləri Allahdan istərdim çox olsun və Allah qoysa, çox da olacaq, buna şübhəmiz yoxdur. Çünki ölkəmiz, ordumuz güclü, Ali Baş Komandanımız qətiyyətlidir. Prezidentimiz və əsgərlərimiz sağ olsunlar ki, bizə yenidən Zəngilanda yaşamaq, işləmək bəxş etdilər. İndi bütün Qarabağın işğaldan azad edildiyi günü gözləyirik və bilirik ki, həmin gün də uzaqda deyil.

Bu arada bizə Zakir Məmmədov yaxınlaşdı. Üzündəki sevinc həyəcana qarışmışdı:

- Hər dəfə nəvələrim oktyabrın 29-da dərsdən evə gələndə Zəngilanın işğalı ilə bağlı mənə sual verirdi. Mən də başımıza gətirilən müsibətləri onlara söyləyirdim. Bir dəfə biri "bəs nə vaxt biz oralara gedəcəyik?” deyə sual verdi. O zaman susdum. Çünki cavabım yox idi. Bu gün üzümü hamıya tutub deyirəm ki, hər birinizi Zəngilana dəvət edirəm. Hər ilin oktyabrında məktəblərdə Zəngilanın işğalı ilə bağlı dərslər keçirilərdi. Şükür Allaha, bu il həmin tarix qeyd edilmədi, Qələbə tarixi ilə əvəzləndi həmin gün. Bu qələbəni bizə yaşadan Ali Baş Komandan və Ordumuzdur. İnşaallah, yaxın günlərdə böyük Qələbəmiz olar!

Akif ƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM