30 Oktyabr 2020 01:25
548
SİYASƏT
A- A+

Azərbaycan haqq savaşında qalib gələcək


Ermənilərin başqa xalqların torpaqlarına göz dikmələri, işğalla, məkrlə, hiylə ilə öz mənfur niyyətlərini həyata keçirməyə çalışmaları hər kəsə məlumdur.

İki yüz ildir ki, tarixi saxtalaşdıran, faciələr, terrorlar, soyqırımlar törədən ermənilər əslində öz məqsədlərinə çataraq, yoxdan Ermənistan adlı bir dövlət yaratmağa nail olublar. Ancaq yenə, necə deyərlər, gözləri doymayıb, "Böyük Ermənistan” adı ilə başqa dövlətlərin daha çox ərazisini tutmaq niyyətində olublar. 1990-cı illərdə Azərbaycan xalqının başına gətirdikləri faciələri də mənfur ermənilər bu niyyətlə həyata keçiriblər. Bir həqiqət də var ki, qorxaq və ikiüzlü ermənilər təkbaşına Azərbaycan kimi böyük dövlətlə, azərbaycanlılar kimi mərd xalqla mübarizəyə girməyə heç vaxt cəsarət etməyiblər. Çünki bunun onlar üçün məğlubiyyətlə nəticələnəcəyini yaxşı biliblər. Odur ki, tarix boyu özlərinə havadarlar axtarıblar və məqam gözləyiblər. Dövrün ən mürəkkəb və ziddiyyətli vaxtlarında meydana çıxaraq öz məkrli niyyətlərini həyata keçirməyə çalışıblar. Əlbəttə, havadarlarının hərtərəfli dəstəyi ilə yenidən azərbaycanlılara qarşı hücuma keçən erməni vandalları 1988-ci ildən müxtəlif təxribat və terrorlar törədiblər. Nəticədə tarixi torpaqlarımız olan, sonradan müxtəlif yollarla Ermənistan dövlətinin ərazilərinə çevrilən tarixi yerlərindən soydaşlarımız qovuldular.

Bununla da kifayətlənməyib, Azərbaycan ərazilərinin 20 faizini işğal etdilər. 1994-cü ildə atəşkəs elan olunsa da, Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimiz mütəmadi olaraq atəşə tutulubdur.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə əsasən Ermənistan silahlı qüvvələri dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın ərazisini tərk etməli, 1 milyon məcburi köçkün yaşayış yerlərinə qayıtmalıdır. Təəssüf ki, Ermənistan dövləti beynəlxaq tələb və qətnamələri heçə alır.

Sentyabrın 27-dən başlayan müharibənin də səbəbkarı Ermənistan dövlətidir. Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alır, 30 ildir ərazilərimizi işğala məruz qoyan təcavüzkarlara layiq olduqları cavabı verir. Bu həqiqəti bütün dünya görür, duyur.

Bir neçə gün öncə Moskvada atəşkəs barədə razılığa gəlindi. Və yenə atəşkəs rejimini pozan tərəf Ermənistan oldu. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi heç bir beynəlxalq norma və prinsiplərə əməl etmir, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Dinc əhalini, çoxsaylı evləri, mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqdan, uşaqdan tutmuş qocaya kimi mülki vətəndaşlara qarşı cinayətlər törətməkdən çəkinmir. Əhalinin kompakt yaşadığı yerlər, rayon və kənd mərkəzləri, infrastruktur obyektləri, məktəb binaları, uşaq bağçaları, xəstəxanalar, tibb məntəqələri hədəfə alınır.

Nəinki cəbhə bölgələri, hətta döyüş yerlərindən uzaq ərazilərimiz də Ermənistan hərbi qüvvələri tərəfindən raket və ağır artilleriyalardan atəşə tutulur. Oktyabrın 11-də gecə saat 2-də Azərbycanın ikinci böyük şəhəri Gəncədə törətdikləri faciələrdə Ermənistan dövləti öz təcavüzkar simasını növbəti dəfə göstərdi.

Dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti ilə Milli Ordumuzun müzəffər yürüşü göstərir ki, qələbə haqqın, ədalətin tərəfindədir. Azərbaycan öz haqq savaşında qalib gələcək.

Zərifə SALAHOVA,

Miniatür Kitab Muzeyinin təsisçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video