24 Oktyabr 2020 00:32
540
SİYASƏT
A- A+

Xalqına qələbə sevinci yaşadan Prezident


Mənfur qonşularımızın 27 sentyabr 2020-ci il tarixində törətdiyi növbəti təxribatdan sonra Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun əks-həmlə əməliyyatına başlaması xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Biz indi hər an yeni zəfər müjdələri gözləyirik.

Cənab Prezidentin işğaldan azad olunmuş yaşayış məntəqələri haqqında verdiyi məlumatları sevinc göz yaşları ilə dinləyirik və heç vaxt yaşamadığımız hissləri keçiririk. Bu hissləri bizə yaşatdığına görə bütün xalqımız Ali Baş Komandanına sonsuz minnətdardı.

Ulu Öndərimiz Heydər Əliyev 90-cı illərin əvvəllərində yaranmış son dərəcə mürəkkəb şəraitdə müstəqilliyimizi və dövlətçiliyimizi xilas etdi. Qısa müddətdə vəziyyəti stabilləşdirdi, sivil, demokratik bir dövlət qurdu. İqtisadiyyatımızın inkişafı üçun təməl prinsiplərini yaratdı. O cümlədən çətinliklərə baxmayaraq, dünyanın aparıcı şirkətləri ilə neft kontraklarının imzalanmasına nail oldu. Dövlətçilik ənənələrini yaratdı. Müasir Azərbaycan dövləti Ulu Öndərimizin şah əsəridir. Onun ən böyük xidmətlərindən biri də öz siyasi varisini, indi dünya siyasətçiləri tərəfindən böyük dövlət adamı kimi qəbul olunan İlham Əliyevi yetirməsidir.

İlham Əliyev hakimiyyətdə olduğu müddətdə ölkəmiz üçün ağlasığmaz dərəcədə böyük işlər görüb. Onları saymaqla qurtarmaz. Prezidentimiz hakimiyyətə gəldiyi ilk gündən ümummilli problemimiz olan Qarabağ məsələsi ilə hər gün ardıcıllıqla məşğul olmağa başladı. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə bu problemin siyasi, tarixi və etnik aspektləri barədə dünya ictimaiyyətinə peşəkarlıqla məlumat vermiş, Ermənistan dövlətinin işğalçılıq siyasətini ifşa etmişdir. Bununla bərabər dövlətimizin bütün imkanlarından istifadə edərək ordu quruculuğu işi ilə daim məşğul olmuşdu. Bu gün müxtəlif ekspertlərin fikrincə, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur və dünyanın 50 ən güclü ordularından biridir.

Ordumuz XXI əsrin ordusudur, ən müasir silahlarla təmin olunmuşdur və hərbi əməliyyatlar müasir hərb elminə uyğun aparılır. Ali Baş Komandanımız əsl sərkərdə kimi bütün bu işlərə uğurla rəhbərlik edir və ordumuzu qələbədən-qələbəyə aparır.

Bu gün bütün xalqımız bir yumruq kimi birləşib, dövlətimizin yanında, Prezidentimizin və ordumuzun arxasındadır. Hamı vuruşmaq, Vətən müharibəsinə öz töhfəsini vermək istəyir. Övladları şəhid olan valideynlər "Vətən sağ olsun”, deyirlər. Belə milləti heç bir mənfur düşmən məğlub edə bilməz! Qələbə bizimlədir!

Sirr deyil ki, zaman-zaman Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri tərəfindən işğal olunmuş tor-paqlarımızın hərbi yolla azad olunması fikri səsləndirilmişdir. Lakin cənab Prezident müharibədə itkilərin olacağını nəzərə alaraq son ana qədər məsələnin sülh yolu ilə həllinə çalışdı. Lakin erməni həyasızlığının sonu olmadığından törətdikləri təxribatlara adekvat olaraq ordumuz əks-hucuma keçərək işğal olunmuş torpaqların azad olunmasına başladı.

Ordumuz rəşadətlə vuruşur, düşmənə ağır zərbələr vurur. Hər iki tərəfdən itkilər var. Düşmənin itkiləri isə dəfələrlə çoxdur! Bütün bunların məsuliyyəti Ermənistanın təcavüzkar hakimiyyətinin üzərinə düşür. Bizim işimiz haqq işidir, ordumuz Vətən müharibəsi aparır.

Hər gün yeni şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz işğaldan azad olunur. Anadan olduğum və gəncliyimi keçirdiyim Cəbrayıl rayonunun Əmirvarlı kəndi də işğaldan azad olunmuşdur! Bu sevinci bizə bəxş etdiyinə görə cənab Prezidentə ailəmiz və rayonumuzun sakinləri adından dərin təşəkkürümü bildirirəm. Dövlətçiliyə bağlı olan cəbrayıllılar həmişə olduğu kimi, bu gün də əziz Prezidentimizin arxasındadırlar.

Azərbaycan xalqı Ali Baş Komandanına güvənir və əmindir ki, işğal olunmuş bütün torpaqlar azad olunacaq. Qələbəmiz çox da uzaqda deyil, bayrağımız yaxın günlərdə Şuşada və Xankəndidə dalğalanacaqdır!

Allah Prezidentimizi və Ordumuzu qorusun!

Novruz QULİYEV,

AMEA-nın müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video